10 Iyun 2021 12:01
1116
İDMAN
A- A+

“El Pais” nəşri: Teymur Rəcəbov şahmat tarixinin ən heyrətamiz vunderkindlərindən biridir  

İspaniyanın “El Pais” nəşri azərbaycanlı qrossmeyster Teymur Rəcəbova həsr olunmuş “Kasparovu qəzəbləndirən mükafat” adlı məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, nəşrdə şahmat üzrə ixtisaslaşmış ispaniyalı mühazirəçi, aparıcı, şərhçi və jurnalist Leontso Qarcia Teymur Rəcəbovun 15 yaşında şahmat üzrə dünya çempionu Harri Kasparov üzərində Linaresdə qazandığı qələbəni təhlil edib.

L.Qarsia dünyanın ən elit oyunçularından birinə çevrilməzdən əvvəl Teymur Rəcəbovun şahmat tarixinin ən heyrətamiz vunderkindlərindən biri kimi tanındığını bildirib.

Nəşrdə Teymur Rəcəbovun dörd yaşda ikən şahmat oynamağı öyrəndiyi, ən gənc iştirakçı kimi 12 yaşında 18 yaşlılar arasında Avropa çempionatının qalibi olduğu qeyd edilib. T.Rəcəbov qrossmeyster adını qazanan dünyanın ən gənc şahmatçıları siyahısına daxil edilib. Belə ki, o, 2001-ci ildə 14 yaşında bu adı qazanıb.

İspan qəzetinin saytında yayımlanan Teymur Rəcəbov və Harri Kasparov oyununun videotəhlilində Leontso Qarsia qarşılaşmanı belə şərh edir: “Linaresdə 15 yaşlı Teymur Kasparovu qara fiqurlarla çox mübahisəli bir oyunda məğlub edib. Rusiyalının qəzəbinə baxmayaraq o, bu qarşılaşmaya görə turnirin ən gözəl oyunu üçün xüsusi mükafata layiq görülüb. Münsiflər heyətinin üzvləri gözəlliyin subyektiv bir məfhum olduğuna baxmayaraq 15 yaşlı bir uşağın ən güclü fiqur olan ferzi dünya çempionu Kasparova qarşı qurban verməyə cəsarət etməsinin özlüyündə gözəl olduğunu etiraf ediblər. Bəzi tanınmış şahmat məşqçiləri bunu düzgün saysalar da, digərləri qurbanın elmi cəhətdən səhv olduğunu düşündükləri üçün onu qəbul etməyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video