07 Fevral 2012 01:02
330
İQTİSADİYYAT
A- A+

Ekologiya İdarəsi məhsula görə məsuliyyətini sığortalamışdır

 

ARDNŞ-nin Ekologiya İdarəsi ilə "Xalq Sığorta" ASC arasında bağlanmış müqaviləyə əsasən, fevralın 1-dən idarənin fəaliyyət sahələri üzrə göstərdiyi xidmətin çatışmazlığı və ya xidmətlər haqqında dürüst və ya kafi olmayan məlumat verməsi səbəbilə üçüncü şəxslərin ölümünə, səhhətinə və ya əmlakına zərərin vurulmasına görə zərərin əvəzini ödəməsi öhdəliyi üzrə mülki məsuliyyətin sığortası həyata keçirilmişdir.

ARDNŞ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müqaviləyə əsasən, "Xalq Sığorta" ASC baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyan dəyməsinə görə Ekologiya İdarəsinin üçüncü şəxslər qarşısında maddi zərərə görə məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat vermişdir. Belə ki, Ekologiya İdarəsinin daxili və xarici bazarda imicinin müsbət formalaşmasına, sifarişçilər üçün etibarlı tərəfdaş olmağa, daha böyük və məsuliyyətli işlərin həyata keçirilməsinə əmin olmağa, sifarişçilərin tələblərinə uyğun işlərin təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirilməsinə zəmanət verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video