05 Mart 2021 19:43
904
DÜNYA
A- A+

Əfqanıstanda qar uçqunu 14 nəfərin ölümünə səbəb oldu

 

Əfqanıstanın şimalında, Bədəxşan əyalətində qar uçqunu insan tələfatına gətirib çıxarmışdır. Bu barədə “Sinxua”  agentliyi xəbər verir.
Əyalət hökumətinin mətbuat katibi Nik Məhəmməd Nəzarə agentliyə bildirmişdir ki, hadisə Ragistan rayonunun Həvzə-e-Şah kəndində baş vermişdir. İlkin məlumata görə, qar uçqunu altında qalmış 14 nəfərin cəsədləri tapılmış, üç nəfər yaralanmışdır.
Qar uçqunu dağlıq rayonda yol boyunca qeydə alınmışdır. Ölən və yaralananların hamısı yerli sakinlərdir. Bir gün əvvəl Bədəxşanda güclü qar yağmışdı.
Xilasedicilər və polis əməkdaşları zərərçəkənlərə kömək etmək üçün hadisə yerinə gəlmişlər.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video