16 Avqust 2021 17:54
860
DÜNYA
A- A+

Əfqanıstanda hakimiyyətin taliblərə ötürülməsi davam edir

 

Xəbər verildiyi kimi, Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edərək istefa verdiyini bildirmişdir. Bu barədə Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla məlumat vermişdir. 
“Əl-Ərəbiyyə” telekanalının xəbərinə görə, ölkədə keçid hökumətinin başçısı səlahiyyətlərini Əfqanıstanın sabiq daxili işlər naziri Əhməd Cəlali icra edəcək. Keçid hökuməti hakimiyyəti dinc yolla “Taliban”a ötürəcək. Belə ki, taliblər hakimiyyəti prezident Əşrəf Qanidən almağa razılıq verməmişlər. Qaninin Tacikistana, Özbəkistana və Qazaxıstana uçduğu barədə xəbərlər yayılsa da, bunların heç biri təsdiqini tapmamışdır. 
Hələlik keçid dövrü zamanı qarşıdurmaların baş verməməsi üçün ölkədə komendant saatı elan edilmişdir. “Taliban” rəhbərliyi hərəkat üzvlərinə ölkə sakinlərini qorxutmamağa və sərt tədbirlər görməməyə çağırmışdır. Bildirilmişdir ki, təqsiri olan vətəndaşların cəzalandırılması, məsələn, əl-ayağının kəsilməsi, daşqalaq edilməsi ancaq məhkəmənin hökmü ilə həyata keçiriləcək.
Qeyd edək ki, srağagün səhər paytaxta daxil olan “Taliban” dəstələri ölkə rəhbərliyinə hakimiyyəti dinc yolla ötürməyi təklif etmişlər. Onlar həmçinin bütün hərbçilərə və məmurlara amnistiya vəd vermişlər. Əfqanıstandakı ən iri Puli-Çarxi həbsxanasından bütün məhbuslar azadlığa buraxılmışdır. 2018-ci ilin məlumatına görə, orada 5 minədək məhbus saxlanılırdı. 
Bu arada ABŞ-ın dövlət katibi Entoni Blinken bildirmişdir ki, əfqan qüvvələri ölkəni müdafiə edə bilmədilər. Dövlət katibi həmçinin vurğulamışdır ki, ABŞ Əfqanıstanda terror təhlükəsini aradan qaldırmalı idi və öz məqsədinə nail oldu.
Moskva isə Əfqanıstandakı keçid hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir Bu barədə Rusiya Federasiyasının (RF) Kabildəki səfirliyindən məlumat verilmişdir. Deyilənə görə, keçid hökuməti rəsmi hakimiyyət orqanları və “Taliban”ın (bu təşkilat RF-də terrorçu kimi tanınır və fəaliyyəti qadağan edilmişdir) nümayəndələrinin iştirakı ilə formalaşdırılacaq və haklimiyyəti dinc yolla hərəkata ötürəcək. Eyni zamanda Rusiya XİN-də bildirmişlər ki, “Moskva hələ ki talibləri Əfqanıstanın qanuni hökuməti qismində tanımır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video