07 Dekabr 2011 12:12
422
DÜNYA
A- A+

Əfqanıstan və İraqda qanlı aksiyalar törədilib

 

Dünən Əfqanıstanın paytaxtı Kabildə baş vermiş terror aktında həlak olanların sayı 54 nəfərə çatmışdır. Azı 150 nəfər yaralanmışdır. Bu barədə Səhiyyə Nazirliyi məlumat verir.

"Frans Press" agentliyinin xəbərinə görə, terror aktının hədəfi məsciddə aşura mərasiminə toplaşan şiələr olmuşlar. Aksiyanı terrorçu-kamikadze törətmişdir. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməmişdir. Lakin hakimiyyət partlayışın Taliban tərəfindən törədildiyindən şübhələnir.

Daha bir bomba Məzari-Şərif şəhərində məscidin yaxınlığında partlamışdır. Orada 6 nəfər həlak olmuşdur.

Srağagün İraqda da şiələrə qarşı bir neçə terror aktı həyata keçirilmişdir. Nəticədə azı 28 nəfər həlak olmuşdur. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Məlumata görə, Hilə şəhərinin yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində 16 zəvvar həlak olmuş, 45 nəfər xəsarət almışdır. Şəhərin mərkəzində partlayış zamanı daha bir nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır. Daha bir bomba Bağdaddan 40 kilometr cənubda, Lətifiyyə şəhərində partladılmışdır. Nəticədə bir nəfər həlak olmuşdur. Bir neçə saat sonra paytaxtda üç partlayış törədilmişdir. Bu terror aktları 10 nəfərin həyatına son qoymuş, 30 nəfər xəsarət almışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video