22:19 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əfqanıstan Prezidenti fikir ayrılıqlarının tənzimlənməsinin hərbi yolunu istisna edir
ANA SƏHİFƏ / DÜNYA
18:57 30.07.2021

 

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədə münaqişənin tənzimlənməsinin hərbi yolunu istisna etmişdir. Kabildə Bayraq günü ilə bağlı tədbirdə çıxış edən dövlət başçısı qeyd etmişdir ki, “Taliban” hərəkatı düz yol seçməli və siyasi konsensusa nail olmaq üçün döyüş əməliyyatlarını dayandırmalıdır.
Qaninin dediyinə görə, Əfqanıstan hökuməti qətiyyətini zəiflətməyəcək. “Əgər taliblər əhalini nəyəsə tabe edəcəklərini güman edirlərsə, onlar bir daha düşünməlidirlər”.
Qani diqqəti Əfqanıstanı müharibə poliqonuna çevirmək istəyən xarici qüvvələrin cəhdlərinə yönəltmişdir. Prezident vurğulamışdır ki, Əfqanıstan ölkənin məhvinə tuşlanmış planların həyata keçirilməsinə imkan verməyəcək. Qani əmin etmişdir ki, Əfqanıstan xalqı və dövləti sülh istəyir və buna nail olmaq üçün tam qətiyyətlidir. “Münaqişənin həllinin hərbi yolu alternativ deyil, Əfqanıstanda sabitliyin pozulması regionda sabitliyin pozulmasıdır”, - deyə Prezident vurğulamışdır.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM