22:22 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Duza görə baş verən üsyanlar

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:52 08.08.2021

 

Fransa duzun ölkə tarixinə dərindən təsir etdiyi ölkələrdən biridir. 1500-cü illərdə kəndlilərin Fransadakı kilsəyə ödədikləri vergilər arasında duz vergisi də var idi.

1500-cü illərin ortalarında krallığın nüfuzunun güclü olduğu şimal və mərkəzi bölgələrdə duz vergisi səbəbindən üsyanlar olub. Qanunsuz ticarətin qarşısını almaq üçün krallıq hamını onun anbarlarından duz almağa məcbur edib.

Fransız inqilabından əvvəl duzun satış qiyməti istehsal dəyərinin 20 qatı qədər qaldırılmışdı. Kəndlilər gəlirlərinin, demək olar ki, 15 faizini duz vergisinə xərcləyirdilər. Duz qaçaqmalçılığı 18-ci əsrdə Fransada ən gəlirli qeyri-leqal fəaliyyət sahələrindən biri olub.

1789-cu ildə Fransada duz vergisinə görə növbəti inqilab baş verib. Fransız inqilabından bir il əvvəl, yəni 1788-ci ildə duz qaçaqmalçılığına görə cəzalandırılanların sayının üç min nəfəri ötdüyü bildirilir.

1640-cı illərdə Moskvada baş vermiş “duz qiyamı” da tarixə düşüb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM