15 Aprel 2021 17:33
710
CƏMİYYƏT
A- A+

Düşmən tanklarını qənimət götürən şəhid Orxan Balayevin şərəfli döyüş yolu  

 Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Vidadi oğlu Balayev 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb. İki bacının tək qardaşı yeniyetmə yaşlarından hərbçi olmağı arzulayırdı. 2018-ci ildə əsgərliyini bitirdikdən sonra Orxan üç aylıq gizirlik kursunu uğurla keçərək Vətənə xidmətini davam etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Orxan Balayev Vətən müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub. Suqovuşan uğrunda döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb. Ailəyə onun itkin düşməsi barədə məlumat verilib. Sonradan şəhidlik zirvəsinə ucaldığı məlum olan qəhrəman döyüşçü doğma kəndində dəfn edilib.

“Əsgərlikdən qabaq da hərbi məktəblərə qəbul olmaq istəyirdi. Alınmadı. Amma xidmətini başa vurub gələndən sonra hərbiçi kimi işləmək istədiyini bildirdi. Gizirlik kurslarını bitirib xidmət etdiyi hərbi hissədə qaldı. Vətən müharibəsi başlayanda döyüşlərə qatıldı. Talış və Suqovuşanın azad olunması uğrunda qəhrəmancasına döyüşdü. Oktyabrın 6-da zəng vurdu, danışdıq. Dedi ki, “telefonuna zəng çatmasa narahat olmayın”. Ondan sonra on gün zəng gəlmədi. Narahat olub maraqlanmağa başladım. Oktyabrın 15-dən Orxanı itkin düşmüş kimi qeydiyyata aldılar. Sonradan bildirdilər ki, Orxan oktyabrın 8-də döyüşlər zamanı şəhid olub. Noyabrın 30-da oğlumu kənd qəbiristanlığında dəfn etdik” -, deyə şəhidin atası Vidadi Balayev söyləyib.

Həmlə qruplarında snayperçi kimi yer alan qəhrəman döyüşçü düşmən tanklarının ələ keçirilməsində də fəal iştirak edib. O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, tezliklə qələbə qazanacağımızı bildirirdi.

“Sonuncu dəfə danışanda dedi ki, “ana narahat olma. Hər şey yaxşıdır. Torpaqlarımızı düşməndən azad edib qayıdacağıq. Ölməyə yox düşməni öldürməyə gedirik”. İki bacının tək qardaşı, evimin işığı idi. Elə indi də yolunu gözləyirəm...”, - deyə şəhidin anası Məlahət Balayeva söyləyib.

Şəhid Orxan Balayev Alpan kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video