11 Noyabr 2018 00:25
1944
ELANLAR
A- A+

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir


"Robokiper”ə qol vura bilənləri "Azercell”dən hədiyyə gözləyir


Sevindirici haldır ki, Azərbaycan dünyanın ən son texnoloji yeniliklərinin nümayiş olunduğu məkana çevrilib. Məşhur "Robot Sofiya”dan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə dünyanın ən sürətli qapıçısı "Robokiper” ölkəmizə gətiriləcək.

"Robokiper” cari ilin dekabr ayının 4-7-də "Azercell Telekom MMC”-nin baş sponsorluğu ilə baş tutacaq "Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında təqdim olunacaq.

"Robokiper” dünyanın ən bacarıqlı və sürətli qapıçısı hesab edilir. Alman alimlərinin bu ixtirası ultra-modern və unikal texnologiyaya əsaslanır. Buna görə də "Robokiper”ə qol vurmaq demək olar ki, mümkün deyil. Topa nə qədər sürətlə zərbə vurulsa da, "ağıllı qapıçı” həmin topu geri qaytarır, qapıdan keçməsinə imkan vermir. Mürəkkəb texnologiya qapıçının zərbəyə dərhal reaksiya verməsinə imkan yaradır. Dünyanın ən məşhur futbol komandalarının üzvləri "ağıllı qapıçı” ilə duelə çıxıb uduzublar. Hətta Messi, Neymar, Ronaldinyo kimi futbol ulduzları da "Robokiper”ə qol vura bilməyiblər.

İndi isə Azərbaycan klublarının tanınmış futbolçuları "Robokiper”ə qol vurmağa çalışacaqlar. Azərbaycan milli komandasının və "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, həmçinin "Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan digər futbolçular "Robokiper”lə yarışacaqlar.

Azərbaycanlı futbolçularla yanaşı, sərginin iştirakçılarına da "Robokiper”lə yarışmaq təklif olunacaq. "Bakutel 2018” sərgisinin qonaqları və iştirakçıları bu bacarıqlı qapıçıya top vurmaqla güclərini sınaya bilərlər.

Sərgi zamanı "Robokiper”ə qalib gələnlər isə hədiyyə qazanacaqlar. Sərginin baş sponsoru Azercell şirkəti hər qol vuran oyun iştirakçısına 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr təqdim edəcək.

Bu maraqlı əyləncədə hər kəs - qadın və uşaqlar da daxil olmaqla istənilən şəxs iştirak edə bilər. "Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının fərqi yoxdur. Dünyada cəmi 10 nüsxədə mövcud olan "Robokiper” hər yerdə maraqla qarşılanır, insanlar "ağıllı qapıçı”ya qalib gəlmək üçün növbəyə dayanırlar.

Xatırladaq ki, gələn il mayın 29-da Olimpiya stadionunda UEFA Avropa Liqasının final matçı keçiriləcək. Məhz bu ərəfədə "Robokiper” texnologiyasının Bakıda nümayiş olunması gənclər arasında idmana, xüsusilə də futbola marağın artırılması məqsədinə xidmət edəcək.

"Azercell Telekom” MMC artıq 24-cü dəfədir ki, keçirilən "Bakutel” sərgisinin ən aktiv iştirakçısı və baş sponsorudur. Şirkət müxtəlif texnoloji yenilikləri ilk dəfə olaraq məhz "Bakutel” sərgisində nümayiş etdirib. Hər il "Bakutel”də məhz Azercell-in stendi sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Şirkət tərəfindən "Bakutel” sərgisində canlı yayınlar, hədiyyəli oyun və viktorinalar, əyləncələr təşkil olunub.

Bu il də "Bakutel” sərgisində İKT sahəsinin ən qabaqcıl texnologiyaları nümayiş etdiriləcək, yeni biznes əlaqələrinin yaradılması üçün platforma ortaya qoyulacaq. Sərgi iştirakçıları isə maraqlı və əyləncəli vaxt keçirəcəklər.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video