08 Avqust 2021 00:54
1606
Elm və texnika
A- A+

Dünyanın ən qədim duz mədənlərindən biri Azərbaycanda olub

 

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindən bir qədər aralıda yerləşən Duzdağın əsasının Nuh Peyğəmbər tərəfindən qoyulduğu iddia edilir. Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olduğu və şəhər əhalisinə duz çıxarmağı öyrətdiyi deyilir. Əgər belədirsə, deməli, Naxçıvan şəhəri ilə Duzdağ təxminən yaşıddır.

Dünyanın ən qədim duz mədənlərindən olan Naxçıvan Duzdağında duz mədən üsulu ilə eramızdan əvvə IV minillikdən çıxarılmağa başlanılıb. Mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarük olunub. Bu isə öz növbəsində şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarıb, beşminillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib.  Naxçıvan arxeoloqlarının və beynəlxalq arxeoloji ekspedisiya üzvlərinin araşdırmaları zamanı Duzdağda Eneolit və Erkən Tunc, Dəmir dövrlərinə və orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılıb. Mədənlərdən aşkar edilmiş maddi-mədəniyyət qalıqları, xüsusilə daş çəkiclər əsasında müəyyən olunub ki, bu duz yataqlarından eramızdan əvvəl IV-III minilliklərdə geniş istifadə edilib.

İnsanlar duzun çıxarılması üçün müəyyən çapacaqlardan, daş baltalardan və bu kimi əmək alətlərindən istifadə etmişlər. Tədqiqatçılar Duzdağ ərazisində 1 kiloqramdan başlamış 30 kiloqrama qədər daş baltalar, gürzlər aşkar ediblər. Təbii ki, duzun çıxarılması üçün istifadə olunan daş alətlər, balta və çəkiclərdən ibtidai dövrlərdə, dəmirdən istifadənin hələ insana məlum olmadığı Daş dövründə istifadə olunub. Sonrakı dövrlərdə duz çıxarmaq üçün istifadə edilən dəmir alətlər əməyin məhsuldarlığını xeyli artırıb. Barıtın kəşfindən sonra duz laylarının partladılması sayəsində gün ərzində bir işçi 40 puda qədər duz çıxara bilib. Naxçıvan mədənlərindən çıxarılan duz İrəvan vilayətinin Gərniçay və İlançay vadilərindəki kəndlərinə, Dərələyəz mahalına, Göyçə gölünə, Qarabağ və Gəncə ətrafına, Şuşaya, Zəngəzura aparılıb. Ümumiyyətlə, duzun əsas istifadə bölgələri Naxçıvan, Ordubad, Yeni Bəyazid qəzaları, İrəvan quberniyası, Şuşa və İran idi. Qafqaz Dağ İdarəsinin 1889-1907-ci illər (19 il ərzində) hesabatında Naxçıvan mədəninin orta illik istehsal gücünün 164,4 puda bərabər olduğu göstərilir.

Beləliklə, bir neçə min il bundan əvvəl Duzdağın insanlara məlum olması, duzun çıxarılması, istifadəsi, satışı Naxçıvanda yaşayış məskənlərinin genişlənməsinə və şəhərləşməyə təkan verib.  Naxçıvan şəhərinin məhz duzun çıxarıldığı ərazilərdə salınması bu qənaətə gəlməyə imkan verir ki, bu qədim şəhərin formalaşması  5-7 min il  əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanılıb.

Hazırda Naxçıvanda Nehrəm, Duzlaq və Sustin duz yataqları var. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda Masazır gölündən də duz çıxarılır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video