17:16 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın ən çox süd içən xalqı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:46 18.07.2021

 

Dünyada ən çox süd istehlak edən xalq finlərdir. Finlandiyada  bir nəfərə düşən süd istehlakının miqdarı 361 kiloqramdır. Siyahıda ikinci yeri isveçlilər tutur.

İsveçdə il ərzində adambaşına düşən süd istehlakının miqdarı 355, Hollandiyada 320 kiloqramdır. Siyahıda 4-cü yeri tutan İsveçrədə bir nəfər il ərzində 315 kiloqram süd istehlak edir.

Dünyada ən çox istehlak edilən süd keçi südüdür.  Bütün ölkələr arasında ən çox keçi sayı Çindədir. Çindən sonra Hindistan, Pakistan və Banqladeş keçilərin ən çox saxlanıldığı ölkələrdir. Bu dörd Asiya ölkəsində saxlanılan keçilərin sayı dünyadakı ümumi keçi sayının təxminən 45 faizini təşkil edir.

Südün qiymətinə gəldikdə isə, bu qida heç də bütün ölkələrdə hər kəs üçün əlçatan deyil. Südün qiymətinin çox baha olduğu ölkələr var. Livan südü ən yüksək qiymətə satan ölkədir.  Burada bir litr südün qiyməti 3,47 dollardır. Yamaykada və Sinqapurda bir litr süd 2,43 dollar, Norveçdə 2,15 dollar, Cənubi Koreyada  2,12 dollardır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM