09:41 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın ən böyük içki şirkətinin sabiq rəhbəri azadlıqdan ömürlük məhrum edilib
ANA SƏHİFƏ / DÜNYA
19:42 25.09.2021

 

Çin məhkəməsi dünyanın ən böyük içki şirkəti olan “Kweichow Moutai Group”un keçmiş rəhbəri Yuan Renquonu rüşvət əməllərində təqsirli bilinərək azadlıqdan ömürlük məhrum edib.

AZƏRTAC xəbər verir ki, Quyyan şəhər məhkəməsində Yuan Renquonun təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin gedişində onun 1994-2018-ci illərdə şirkətdə müxtəlif vəzifələrdə çalışarkən 112,9 milyon yuan (təxminən 17,46 milyon ABŞ dolları) məbləğində nağd pul və əmlakı rüşvət kimi alması sübuta yetirilib. Məhkəmə onun azadlıqdan ömürlük məhrum edilməklə yanaşı, bütün siyasi hüquqlardan məhrum olunması və qanunsuz yolla əldə etdiyi əmlakın müsadirəsi barədə nə qərar qəbul edib.

Yuan Renquo həm də Çin Xalq Siyasi Məşvərət Şurasının Quycou vilayəti üzrə iqtisadi komitəsinin sədr müavini olub. Haqqında cinayət işi başlayandan sonra o, Çin Kommunist Partiyasından da xaric edilib.

Qeyd edək ki, səhmlərinin bir hissəsi dövlətə məxsus olan şirkətlər qrupu “Maotai” brendi ilə spirtli içkilər, habelə qida və qablaşdırma məhsulları istehsal edir. Dünyada ən böyük içki şirkəti olan “Kweichow Moutai Group” Çinin ən böyük bazar dəyəri olan qeyri-texnologiya şirkətidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM