12 Iyul 2021 22:59
871
DÜNYA
A- A+

Dünyada vurulan COVID vaksinlərinin miqdarı 3 milyard 440 milyon dozanı ötü

İyulun 12-dək dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 440 milyonu ötüb.

AZƏRTAC vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 380 milyon doza ilə dünya ölkələri arasında liderdir. Bu göstərici üzrə ikinci və üçüncü yerləri tutan Hindistanda 377 milyon 352 min, ABŞ-da 334 milyon 150 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluqda, həmçinin Braziliya (114 milyon 460 min), Almaniya (81 milyon 940 min), İngiltərə (80 milyon 650 min), Yaponiya (60 milyon 260 min), Fransa (59 milyon 120 min), Türkiyə (58 milyon 285 min) və İtaliya (57 milyon 620 min) yer alıb.

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri gedir (161,11 doza). Bu göstərici üzrə ilk beşlikdə, həmçinin Malta (159,86), Seyşel Adaları (141,98), İslandiya (132,44) və San-Marino (131,59) qərarlaşıb.

İndiyədək ümumilikdə dünyanın 18 ölkəsində əhali sayından çox vaksin dozası vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video