17 Avqust 2021 01:39
861
DÜNYA
A- A+

Dünyada kiçik nüvə reaktorlarına tələbat artır

 

Qarşısıalınmaz qlobal istiləşmə fonunda az parnik qazları tullantısı olan nüvə energetikasının inkişafına dəstək veriləcəkmi? Ümumiyyətlə, kiçik bloklar, habelə 1000 meqavatdan 1700 meqavatadək gücü olan reaktorlara tələbat olacaqmı?

Bu günlər iqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupu rahatsızlıq doğuran hesabatını dərc etmişdir. Bundan sonra Rusiyanın “Rusatom” şirkəti elan etmişdir ki, Ekoloji və Nüvə Monitorinqi üzrə Federal Xidmət elektrik şəbəkəsi olmayan rayonlarda qurulacaq kiçik güclü (50 meqavatadək) modul reaktorların inşasına sanksiya vermişdir. “Rosatom” 2024-cü ildə Sibirin şimal-şərqində reaktorun tikintisinə başlamağı və 2028-ci ildə onu istismara verməyi planlaşdırır. Bu, qızıl mədənlərində daha rahat işləməyə imkan verəcək.

Su ilə işləyən belə reaktor son nəsildən olan 3 buzqıran gəminin hərəkətə gətirilməsində istifadə edilir. Bundan başqa, ondan Arktikada üzən elektrostansiyalarda istifadə etmək mümkün olacaq. Qeyd edək ki, ÇXR də bu sahədə imkanlarından istifadə etməyə qərar vermişdir. Ötən ayın ortalarında Çinin milli nüvə korporasiyası ölkənin cənubunda - Xaynan adasında 125 meqavat gücündə olan mini-AES-in tikintisinə başlamışdır. Dünyada ilk kommersiya müəssisəsi olacaq həmin reaktor 526 min evi elektrik enerjisi ilə təmin edəcək. 

Üstəlik, ABŞ artıq 10 ildir bu sektoru maliyyələşdirir. Amerikanın “NuScale Power” şirkəti  2029-cu ildə analoji obyekti istismara verməyi planlaşdırır. 2008-ci ildən “Microsoft”un banisi Bill Geydsin yaratdığı “Terra Power” şirkəti də 2 SMR sektorunu maliyyələşdirir. Həmçinin “Terra Power” “Hitachi” şirkəti ilə birgə Vayomingdə kömür elektrostansiyasının ərazisində yaxın illər ərzində 350 meqavat gücündə reaktoru istismara verməyi planlaşdırır.

Uzun müddətdir ancaq iri reaktorlarla maraqlanan (məsələn, dünyanın ən güclü reaktoru hesab olunan EPR) Fransa da hazırda bu sahədə fəaliyyət göstərir. 2019-cu ildə “Elektrisite de Frans” şirkəti 300 meqavatdan 400 meqavatadək gücü olan reaktor layihəsini təqdim etmişdir. Şirkət gələn onilliyin əvvəlində reaktoru bazara çıxarmaq niyyətindədir.

Hazırda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) 18 ölkədə 72 mini-reaktor layihəsinə nəzarət edir. Ekspertlər mini AES-lərin çoxsaylı üstünlüklərini, (məsələn, daha çox təhlükəsizlik, elektrik şəbəkəsi olmayan uzaq rayonlara adaptasiya edilmiş ölçü, müəyyən sənaye sahələri üçün kifayət edən güc, yerlərdə daha sürətli və daha ucuz başa gələn tikinti və s.) vurğulayırlar.

Lakin o da var ki, bu müsbət məqamlar iri AES-lərlə müqayisədə mini-reaktorları daha rəqabətqabiliyyətli etmir. Fransalı mütəxəssis Şarl Merlen hesab edir ki, mini AES-lərə (SMR) xərclərin azaldılması daha böyük istehsal həcmlərindən asılı olacaq. Bunun üçün standartlaşdırılmış çoxsaylı mini-reaktorlar inşa etmək lazımdır.

 

Rizvan CƏFƏROV,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video