13 Avqust 2021 12:49
513
DÜNYA
A- A+

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 206 milyonu ötüb

 

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 206 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın online statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu gün səhər saatlarına olan məlumata əsasən, dünyada koronavirusa 206 milyon 261 mindən çox yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 4 milyon 348 min 336 nəfərə, sağalanların sayı isə 185 milyon 108 min nəfərə çatıb.

COVID-19 infeksiyasına yoluxanların sayına görə birinci yerdə gedən ABŞ-da yoluxma hallarının sayı 37 milyon 203 mini, infeksiya səbəbindən həyatını itirənlərin sayı 636,2 min nəfəri keçib, 30 milyon 97 mindən çox xəstə isə sağalıb.

Yoluxma göstəricisinə görə sonrakı yerlərdə Hindistan və Braziliya qərarlaşıb. Hindistanda 32 milyon 117 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 430 min 285 nəfər vəfat edib, sağalanların sayı isə 31 milyon 302 min nəfərə çatıb. Braziliyada isə pandemiya dövrü ərzində 20 milyon 285 min nəfər virusa yoluxub, onlardan 566 min 988-i vəfat edib, sağalanların sayı 19 milyon 151 min nəfərdir.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video