01 Sentyabr 2021 12:50
953
DÜNYA
A- A+

Dünyada bir həftə ərzində təxminən 4,4 milyon insan koronavirusa yoluxub

 

Son bir həftə ərzində dünyada təxminən 4.4 milyon insan koronavirus infeksiyasına yoluxub, 67 mindən çox insan həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.

Avqustun 23-dən 29-dək dünyada koronavirusa 4 395 748 yoluxma halı aşkar edilib ki, bu da əvvəlki yeddi günün göstəricisi ilə müqayisədə 4 faiz azdır. 67 388 ölüm halı qeydə alınıb ki, bu da əvvəlki həftənin səviyyəsindən 2 faiz aşağıdır. Avqustun 29-na olan məlumata görə, dünyada 215 714 824 yoluxma halı qeydə alınmışdı, pandemiyanın başlanmasından bəri 4.395.748 insan dünyasını dəyişib.

Avropada yeddi gün ərzində 1.17 milyondan çox insan yoluxub, 12 mindən çox insan həyatını itirib. Amerikada 1.4 milyondan çox yeni yoluxma halı, 22 mindən çox ölüm halı qeydə alınıb. Cənub -Şərqi Asiyada həkimlər 596 mindən çox yoluxma halı müəyyən ediblər, 14 mindən çox insan vəfat edib. Bir həftə ərzində ən çox yoluxma halı barədə ÜST-yə Birləşmiş Ştatlar tərəfindən bildirilib (938,014). Sonra sıralamada Hindistan (270 796), İran (254 753), Böyük Britaniya (237 556) və Braziliya (175 807) yer alıblar.

Bülletendə göstərilən məlumatlara görə, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan koronavirusun “alfa” ştamı hazırda 193 ölkədə və ərazidə mövcuddur (əvvəlki həftəyə nisbətən 1 ölkə artıb). Keçən ilin avqustunda Cənubi Afrikada aşkar edilən "beta" variantı 141 ölkədə dövr edir (bir həftə əvvəlki rəqəmlə eynidir). Sentyabr ayında Braziliyada aşkar olunan “qamma” ştamı indi 91 ölkədə (əvvəlki yeddi günlə müqayisədə 5 ölkə artıb) aşkar edilib. Öz növbəsində, Hindistanda aşkar edildikdən sonra 2020-ci ilin oktyabr ayından etibarən mütəxəssislərə məlum olan “delta” variantı bir həftə ərzində coğrafiyasını 163-dən 170 ölkə və əraziyə qədər genişləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video