18:26 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:54 18.08.2021

 

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev hamı tərəfindən sevilən, görkəmli müğənni, tanınmış vokal ifaçısı Müslüm Maqomayevin zəngin yaradıcılığından bəhs edərək deyib: “Müslüm Maqomayev çox şərəfli, yaradıcı uğurları dolu bir ömür yaşayıb. O, bütün ömrünü musiqiyə həsr etdi və təkrarolunmaz keyfiyyətlərlə ucalığa qalxdı. Müslüm Maqomayev musiqiçi ailəsində doğulduğuna görə piano, bəstəkarlıq sahəsində böyük nailiyyətlər qazandı”.

Müslüm Maqomayevin ömrünün böyük hissəsinin Moskvada keçdiyini və gənc yaşlarında məşhurlaşdığını deyən V.Əliyev bildirib ki, o, tez-tez Moskvada keçirilən müsabiqələrdə layiqli yerlər tuturdu. V.Əliyev bildirib ki, Müslüm Maqomayevin konserti Rusiyada hər zaman böyük coşqu ilə keçirdi. 31 yaşında SSRİ-nin Xalq artisti adını alması onun istedadından xəbər verirdi.

“Harada olmasından asılı olmayaraq, Müslüm Maqovayev bir an da olsun Azərbaycanı unutmurdu. Xarici bəstəkarların musiqisini ifa etməklə yanaşı, öz repertuarına Azərbaycan mahnılarını da salırdı. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir.

Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov  Müslüm Maqomayevin XX əsrin ən nəhəng vokal ifaçılarından biri olduğunu bildirib: “O, dünya estradasının ən gözəl nümunələrini seçərək özünəməxsus şəkildə ifa edirdi. Müslüm gəncliyində P.Çaykovskinin silsilə romanslarını elə məharətlə ifa etmişdi ki,  dinləyicilərin qəlbində ən xoş izlər buraxmışdı”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib ki, ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib.

Müslüm Maqomayevin yaradıcılığının təkrarolunmaz olduğunu söyləyən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov deyib: “Ona çatmaq çox çətindir. O, özünü hər zaman azərbaycanlı sayır və bununla da fəxr edirdi. Onun musiqisi yaşayır və yaşayacaq”.

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx bildirib ki, onun anası Müslüm Maqomayevin böyük pərəstişkarı olub. O,  Müslüm Maqomayevin valideynlərindən qalan vallarını indiyə qədər evində qoruyub saxladığını söyləyib: “Çünki Müslüm Maqomayevin oxuduğu mahnılar insanlarda pozitiv emosiyalar yaradır”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM