24 Dekabr 2011 03:12
293
SİYASƏT
A- A+

Dunya MİYATOVİÇ: «Fransa parlamentinin qəbul etdiyi qanun söz və fakir azadlığına dair beynəlxalq standartlarla ziddiyyət təşkil edir»

 

ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Fransa parlamentinin aşağı palatasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul etməsindən narahatlıq ifadə edib.

APA-nın məlumatına görə, Dunya Miyatoviç bildirib ki, bu qanun dəyişikliklərinin qəbulu söz və fikir azadlığına dair beynəlxalq standartları ilə ziddiyyət təşkil edir.

"Bundan başqa bu addım beynəlxalq səviyyədə ictimai debatların kriminallaşmasına dair presedent yarada bilər. Debatların kriminallaşması - istər tarixi hadisələr, istər hansısa millətin faciəli anları ilə bağlı yalan ittihamlar olsun - ATƏT üzvü ölkələrdə insanlar, cəmiyyətlər və hakimiyyətlər arasında qarşılıqlı anlaşmaya müsbət təsir göstərmir".

Dunya Miyatoviç bildirib ki, Fransada bu qanunun qəbulu digər ölkələri də analoji addımlar atmağa vadar edə bilər və dövlətlər ATƏT qarşısında götürdükləri öhdəlikləri pozmaqla tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video