16:10 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Serbiyada da qeyd olunmuşdur
ANA SƏHİFƏ / SİYASƏT
02:12 27.12.2011

 

2011-ci il dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Serbiyadakı səfirliyində tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə "Taşmaydan parkı"na gələrək burada ucaldılmış Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Daha sonra Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyində keçirilmiş toplantıda səfirliyin müşaviri Qabil Köçərli çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildiyini qeyd etmişdir. Natiq xarici ölkələrdəki, eyni zamanda Serbiyadakı azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə dövlət qayğısının olduğunu vurğulayaraq düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanın gündən-günə inkişaf etdiyini, xalqımızın rifahının yaxşılaşdığını demiş, Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində atdığı addımlar, keçirilən görüşlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Q.Köçərli bu tədbirin Prezident İlham Əliyevin anadan olmasının 50 illik yubileyi ilə üst-üstə düşdüyünü qeyd edərək, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin səfirliyin kollektivi adından dövlət başçısını təbrik etmiş, ona çətin və şərəfli fəaliyyətində uğurlar arzulamışdır.

Tədbirdə həmçinin səfirliyin 2011-ci ildəki fəaliyyətindən bəhs edilmiş, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti yüksək qiymətləndirilərək onların iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində böyük töhfələrinin və xidmətlərinin olduğu qeyd edilmiş, görülən işlərin daha da intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır. 2011-ci ildə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı istiqamətində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilmiş, 2012-ci ildə səfirliyin qarşısında duran vəzifələrdən bəhs edilmişdir.

Tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM