30 Dekabr 2011 01:12
370
SİYASƏT
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Meksikada da qeyd olunmuşdur

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ölkəmizin Meksikadakı səfirliyində qəbul keçirilmişdir. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan  Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.

Səfir İlqar Muxtarov tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Diplomat Azərbaycanın 2011-ci il ərzində beynəlxalq aləmdə bir sıra siyasi, diplomatik və mədəni uğurlar əldə etdiyini, o cümlədən ölkəmizin "Eurovision" beynəlxalq mahnı müsabiqəsində qələbəsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Azərbaycanın parlamentlərarası münasibətlər tarixində ilk dəfə olaraq Meksika Konqresi tərəfindən Xocalı soyqırımının tanındığını vurğulamışdır.

İ.Muxtarov Azərbaycanın inkişafı, vətənimizin yüksək səviyyədə təbliği naminə xarici ölkələrdə yaşayan azərbaycanlıların daim həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulamışdır.

Diplomat həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesindən danışmışdır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkə rəhbərliyinin bundan sonra da bütün mümkün vasitələrdən istifadə edəcəyini vurğulamışdır.

Tədbirdə Meksikada yaşayan həmvətənlərimiz, Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyev, Ukraynanın Meksikadakı səfiri O.Branaşko, habelə Meksikada yaşayan türk, Ukrayna və yəhudi icmalarının nümayəndələri iştirak etmişlər.

Bayram tədbirində Azərbaycan mahnıları səsləndirilmiş, qonaqlara milli mətbəximizin ləziz nümunələri təqdim edilmişdir.

Sonda qonaqlara Azərbaycan haqqında müxtəlif jurnal və kitablar paylanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video