02:47 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünya azərbaycanlılarına
ANA SƏHİFƏ / MƏKTUBLAR
02:12 26.12.2012

 

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sizi səmimi qəlbdən salamlayır, hər birinizə səadət və firavanlıq arzulayıram.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və birliyinin möhkəmlənməsi, tarixi Vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsini təşkil edir. Hazırda dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimizin yaratdıqları qurumlar Azərbaycan hökumətinin də ardıcıl dəstəyi sayəsində daha mütəşəkkil və çevik fəaliyyət göstərirlər. Sevindirici haldır ki, yeni ideyaları və vətənpərvərliyi ilə seçilən gənclərimiz bu prosesə yaxından cəlb olunur, diasporun möhkəmlənməsinə öz töhfələrini verirlər. Cari ilin martında təsis edilmiş Dünya Azərbaycanlı Gənclər Birliyi buna bariz nümunədir.

 Soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması təqdirəlayiqdir. Bunlar  respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, Moskva, Hyuston, Paris və Türkiyənin Kocaeli şəhərində artıq fəaliyyətə başlamış, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri diasporumuzun imkanlarını xeyli artıracaq. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da öz səylərini davam etdirəcək, Diasporla İş üzrə Dövlət Komitəsi, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz və Azərbaycan mədəniyyət mərkəzləri ilə sıx əməkdaşlıq edərək daha mütəşəkkil fəaliyyət göstərəcəklər.

Tarixi şərait dünya azərbaycanlılarının həmrəylik və birlik arzularının məhz müstəqil dövlətimiz yarandıqdan sonra reallığa çevrilməsini mümkün etmişdir. Buna görə də biz milli varlığımızın əsası olan Azərbaycan Respublikasının hərtərəfli inkişafının təmin edilməsi, onun qüdrətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparırıq. Həyata keçirilən tədbirlər nəticəsində, əvvəlki dövrlərdə olduğu kimi, yola salmağa hazırlaşdığımız  2012-ci ildə də ölkəmizdə sosial-iqtisadi inkişaf prosesləri uğurla davam etmişdir. İqtisadi potensialın güclənməsi sosial, mədəni, hüquqi və digər sahələrə daha çox diqqət yetirilməsinə imkan yaratmış, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə və xaricdəki dostlarımızın sıralarının genişlənməsinə səbəb olmuşdur. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun və təsir imkanlarının artmasının parlaq göstəricisidir.

Hazırda BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərən Azərbaycan Respublikası dünyada sülhün və təhlükəsizliyin qorunması sahəsində öz məsuliyyətini dərindən dərk edir. Bu gün ölkəmiz multikulturalizmin və tolerantlığın məkanı kimi islam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətlərə mənsub olan xalqlar arasında əməkdaşlıq üçün qlobal platformanın yaradılmasında mühüm rol oynayır.

Əziz soydaşlar!

Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün  azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm.

Sizi əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram!

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 dekabr 2012-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM