22:29 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

DSX-nin hərbi qulluqçusu şəhid Məhəmmədəli Ələkbərovun xatirəsi anılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:16 21.09.2021

 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhid-sərhədçi gizir Məhəmmədəli Ələkbərovun doğum günündə anım tədbiri keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də DSX-nin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, M.Ələkbərovun xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri şəhidin boya-başa çatdığı Ağstafa rayonunun Poylu kəndində məzarını ziyarət edib, önünə əklil qoyublar.

Şəhidin xatirəsinə yaradılmış abidə-bulaq kompleksində davam edən anım mərasiminə qatılanlar 2014-cü ildə Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul olunan Məhəmmədəlinin xidməti fəaliyyəti müddətində çalışqanlığı, intizamı ilə seçildiyini, qazandığı bilik və bacarıqlarını Vətən müharibəsinin ilk günündən döyüş meydanında məharətlə nümayiş etdirdiyini bildiriblər. Zəngilan şəhərinin azad olunması uğrunda əməliyyatlarda düşmən postlarının ələ keçirilməsində Məhəmmədəlinin xüsusilə fərqləndiyi, düşmənin əks-hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu qeyd edilib.

Sərhədçi şəhid Məhəmmədəli Ələkbərovun döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə onun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunduğu vurğulanıb.

Gizir Məhəmmədəli Ələkbərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM