31 Dekabr 2011 01:12
344
CƏMİYYƏT
A- A+

Dövlətinə güvənən güclü olar

 

Neçə ildir ki, Sumqayıtda yaşayıram. Uzun müddət müəllim işləmişəm, indi təqaüdçüyəm.  Sumqayıtın böyük tikinti meydançalarından şəhərə çevrilməsinin, bugünkü müasir görkəmini almasının şahidiyəm. Onu da deyim ki, sumqayıtlılar ənənəvi, qədim şəhərlərin sakinlərindən bir qədər fərqlidirlər. Bura ötən əsrdə fəhlə şəhəri sayılardı. İnsanlar nisbətən ünsiyyətə açıq və sözü üzə deməkdən heç vaxt çəkinməyiblər.

Bunları yazmağımın səbəbi var. Şəhərimizdə icra hakimiyyəti tərəfindən ilin əvvəlində "Açıq mikrofon" günü keçirildi. İnsanların ən çox toplaşdığı yerdə mikrofon qoyuldu və çıxış etmək istəyənlər bir-bir yaxınlaşaraq birbaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova öz qayğılarından və şəhərin problemlərindən danışdılar. İştirak etdiyim bu tədbirdə  sərt danışanlar və emosiyalarını cilovlaya bilməyənlər, ürək sözlərini deyən və şəhərin inkişafı ilə bağlı ciddi təkliflər verənlər də oldu. Diqqətlə fikir verəndə belə qənaətə gəlmək olurdu ki, icra hakimiyyəti sadə insanlara öz işini tənqid etməyə imkan vermişdi. Çıxış edənləri səbirlə dinləmək,  dialoqu müxtəlif təbəqələri təmsil edən insanların ümumi maraqları axarına yönəltmək o qədər də asan deyildi. O zaman içimdə şübhə də baş qaldırdı: görəsən, bir də "Açıq mikrofon" günləri keçiriləcəkmi?  

Ancaq hər şey gözlədiyimin əksinə oldu. Şəhər icra hakimiyyəti bu səmimi və açıq görüşlərdən çəkinmədi və il ərzində 4 dəfə "Açıq mikrofon" günləri keçirdi.

 Hər dəfə Eldar müəllim bütün çıxışları diqqətlə dinlədi, qaranlıq məqamları yerindəcə aydınlaşdırıb, dəqiq tapşırıqlarını verdi. Sonda görüşlərin hamısı həm şəhərin rəhbərləri, həm də sakinləri üçün faydalı və arzuolunan ünsiyyət növünə çevrildi. Bu tədbirlərdəki emosional gərginliyə, qaldırılan  məsələlərin geniş spektrinə və hətta tənqidi fikirlərin yetərincə olmasına baxmayaraq, "Açıq mikrofon" günlərinin keçirilməsi ənənəyə və zərurətə çevrildi.  Yerli hakimiyyətlə səhər sakinləri arasındakı qarşılıqlı inam daha da gücləndi. 

3 mikrorayonda və bir qəsəbədə keçirilən 4 görüşdə şəhərin abadlığı, küçələrin işıqlandırılması, binaların dam örtüklərinin təmiri ilə bağlı qaldırılan məsələlərin böyük əksəriyyəti il ərzində  həllini tapdı. Əhalinin haqlı şikayətləri nəzərə alındı, binaların dam örtükləri, fasadları təcili təmir edildi, küçələrə əl gəzdirildi, səliqə-sahman yaradıldı, şəhərin işıqlandırılmasına da fikir verildi.  Son nəticədə şəhərin görkəmindən başqa, insanların yerli hakimiyyət orqanlarına münasibəti də dəyişdi,  onların işgüzarlığına olan inam daha da gücləndi, etibar artdı. İcra hakimiyyəti öz nüfuzunu möhkəmlətməklə yanaşı 300 minlik şəhərin Azərbaycan dövlətinə və onun qüdrətinə olan inamını da real işlərdə  xeyli artıra bildi.

 

Əkrəm RZAYEV,

Sumqayıt şəhəri, 10-cu mikrorayonda məhəllə Ağsaqqallar Şurasının sədri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video