22 Oktyabr 2021 00:20
1748
İQTİSADİYYAT
A- A+

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” Fondu arasında əməkdaşlıq sənədi imzalanıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, əməkdaşlıq sənədini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıblar.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərimizlə bağlı həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərindən bəhs olunub. Bu tədbirlərin bir istiqamətinin də qazilərimizin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı olduğu vurğulanıb.

İmzalanan əməkdaşlıq sənədinin də  Vətən müharibəsində yaralanmış qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi, ümumən, onların ehtiyaclarına uyğun digər tədbirlərin görülməsi sahəsində iki qurum tərəfindən birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə  tutduğunu qeyd edilib.

Memoranduma əsasən, tərəflər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə müharibədə yaralanmış və əlilliyi müəyyən edilməmiş şəxslərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi və reabilitasiya xidmətləri ilə təmin olunması istiqamətində əməkdaşlıq edəcək.

Qarşılıqlı zəruri məlumatların ötürülməsi təmin ediləcək. “YAŞAT” Fondu tərəfindən agentliyə yönləndiriləcək Vətən müharibəsi iştirakçılarının reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video