26 Avqust 2021 14:19
468
CƏMİYYƏT
A- A+

Dövlət Sosial Müdafiə Fondunda beynəlxalq ISO standartlarının tətbiqi ilə bağlı zəruri işlər görülür

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda beynəlxalq ISO standartlarının tətbiqi ilə bağlı zəruri işlər görülür. Belə ki, Azərbaycan Standartlaşdırma İnstitutu ilə əməkdaşlıq çərçivəsində beynəlxalq sertifikatlaşmanın tətbiqi istiqamətində fondun əməkdaşlarına “ISO 9001 – Keyfiyyətin idarə edilməsi sistemi. Tələblər”lə bağlı təlimlər keçilib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə iştirak edən fondun 17 əməkdaşı sonda test üsulu ilə keçirilən imtahanı uğurla başa vurub və onlara “ISO 9001 standartına əsaslanan Keyfiyyətin idarə edilməsi sisteminin daxili auditoru” sertifikatları təqdim olunub.

DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov təltif olunanları təbrik edərək, sosial təminat sahəsində fondun üzərinə düşən öhdəliklərin daha səmərəli və çevik şəkildə icrasına dair tapşırıqlarını verib və tövsiyələrini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video