06:51 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət qurumları əməkdaşlarının peyvənd olunmasına başlanılıb 

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:08 16.02.2021

 

İki gündür ki, modul tipli xəstəxanada hazırlıq işləri aparılır. Artıq həmin prosesə tam hazırıq. Bu gün Nazirlər Kabinetinin 32 əməkdaşı peyvənd olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının məsul şəxsi, həkim-infeksionisti Maisə Heybətova deyib.

Digər dövlət orqanlarının əməkdaşlarının da bu gün vaksinasiyadan keçəcəyini qeyd edən həkim onu da qeyd edib ki, Azərbaycana gətirilən və artıq bir aya yaxındır ki, tətbiq edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tam təhlükəsizdir.

Vaksinasiya prosesi zamanı əməkdaşlar əvvəlcə gözləmə otağına daxil olur, sonra onların qeydiyyatı aparılır. 

Peyvənd olunmağa gələnlər həkim müayinəsindən keçir. Onların təzyiqi və hərarəti ölçülür, yanaşı xəstəliklərinin olub-olmadığı öyrənilir. Sonra peyvənd olunmağa gələn vətəndaşlar qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir, lazımi qeydiyyat aparılandan sonra epileptik və allergik xəstəlikləri yoxdursa, peyvənd olunmaq üçün inyeksiya üçün ayrılan otağa keçir və peyvənd olunurlar. Peyvənd vurulandan sonra vətəndaş 30 dəqiqə həkim müşahidəsində saxlanılır. Həmin müddət ərzində peyvəndin əlavə yan təsiri və allergik reaksiyası olmadıqda onların xəstəxanadan çıxmasına icazə verilir.

İlk dozanı vurduran əməkdaşların hər birinə vaksinin ikinci dozasının vurulma tarixi barədə məlumat verilib.

Gün ərzində peyvənd olunan əməkdaşların heç birində yan təsirlər və heç bir narahatlıq müşahidə edilməyib.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM