08:56 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri mətbuat konfransı keçirib
ANA SƏHİFƏ / TƏHSIL
14:38 29.01.2021

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda bu il keçiriləcək buraxılış və qəbul imtahanları, imtahanların qrafiki, həmçinin digər tədbirlər haqqında məlumat verilib.

Konfransdan öncə 2020-ci il COVID-19 pandemiyası dövründə DİM tərəfindən keçirilən imtahanlara həsr olunan videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən sədr diqqətə çatdırıb ki, ölkəmiz üçün 2020-ci ilin sonu möhtəşəm hadisə, əzəmətli zəfərlə yadda qalıb: “Bu zəfər sonsuz sevinc və iftixar hissi keçirmiş Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə yazıldı. Böyük iftixar hissi ilə deyə bilərik ki, Qarabağın azad olunması uğrunda aparılmış möhtəşəm əks-hücum əməliyyatı, Azərbaycan xalqının şücaət və qəhrəmanlığı, sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandanının uğurlu diplomatiyası, düşünülmüş strategiyası uzun müddət dünyada öyrəniləcək və bir çox tarix kitablarına düşəcək”.

Şura sədri vurğulayıb ki, COVID-19 pandemiyasına görə 2020-ci il təkcə bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Virusla bağlı yaranmış vəziyyət dünya təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil sistemi böhrana uğradı. Təbii ki, bizim məqsədimiz bu böhrandan minimum itkilərlə çıxmaqdır.

Sədr bildirib ki, 2020-ci il ərzində keçirilən imtahanlarda 400 minə yaxın adam iştirak edib. 18 elektron xidmətimizdən 7 milyon dəfə istifadə olunub. DİM tərəfindən keçirilən bütün imtahanlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Operativ Qərargahın müəyyən etdiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunub.

2021-ci ildə keçiriləcək imtahanlar barədə məlumat verən Məleykə Abbaszadə qeyd edib ki, ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək.

O diqqətə çatdırıb ki, hələlik fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan imtahanların konkret tarixləri məlumdur. Digər aylarda isə hansı imtahanların keçirilməsi planlaşdırılır. Çalışacağıq ki, 1 ay öncədən növbəti ay üçün nəzərdə tutulan imtahanların tarixlərini elan edək. “Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq. Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq. Sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.

İmtahanlarının nəticələri barədə sədr bildirib ki, son illər biz buraxılış və qəbul imtahanlarının nəticələri ilə əlaqədar qismən də olsa, inkişaf tendensiyasını müşahidə etməkdəyik. Tədris prosesinin ənənəvi qaydada aparılmaması, eləcə də təlim-tərbiyə prosesində yaranan digər çətinliklərə baxmayaraq 2020-ci ildəki imtahanların nəticələrinin ötən illərlə müqayisədə bir-birinə yaxın olması imtahanlardan öncə atılan qabaqlayıcı addımlarla əlaqələndirilməlidir.

Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Biz qəbul proqramını və imtahanın məzmununu iştirakçıların bilik səviyyəsinə adekvat şəkildə müəyyən etməyi qarşımıza məqsəd qoymuşduq. Bu həddən artıq mürəkkəb məsələdir. Qəbul proqramının və imtahanın məzmununun müəyyən hədd çərçivəsində sadələşdirilməsi, imtahan suallarının təqdim edilmə formasında aparılan dəyişikliklər, tapşırıqların növlərinin nisbətinin müəyyən edilməsi və digər məsələlər ciddi araşdırma tələb edir. 2020-ci ildə keçirilən imtahanların nəticələrinə baxdıqda və ötən illərlə müqayisə etdikdə deyə bilərəm ki, biz iştirakçıların mövcud səviyyəsinə uyğun qəbul modelini tətbiq etmişik və məqsədimizə nail ola bilmişik.

Buraxılış və qəbul imtahanı proqramları haqqında bəhs edən şura sədri bildirib ki, 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramlar sadələşdirilib.

9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq. 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanında şagirdlərə (abituriyentlərə) audiomətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaq. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur. İmtahan modeli “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb.

Məlum olduğu kimi, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11-ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur. Belə ki, şagird bəzi mövzularla aşağı siniflərdə daha sadə şəkildə tanış olursa, bu mövzular üzrə bilik və bacarıqlar təhsilin yuxarı pillələrində müxtəlif tədris vasitələri ilə daha da təkmilləşdirilir. Beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə ehtiva olunur. Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki dərsliklər əsasında mövzu barədə müəyyən hazırlığa malik olur: “COVID-19 pandemiyası 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaradıb. Karantin dövrünə təsadüf etdiyindən fənlər üzrə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb. Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə sual salınmamalıdır. Azərbaycan dili ilə bağlı bir nümunəyə baxaq. 11-ci sinifdə tədris olunan dilçiliyin önəmli bölmələrindən olan “Üslubiyyat” üzrə bilik və bacarıqların təməli, əsasən, aşağı siniflərdə qoyulur, şagird bu bölmədəki əksər mövzular üzrə kifayət qədər məlumatla tanış olur. Buna görə də şagirdin bölmədəki bəzi mövzular üzrə tapşırıqları təhsilin aşağı pillələrində mənimsədiyi bilik və bacarıqlar əsasında cavablandırması mümkündür. Məsələn, elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur”.

Məleykə Abbaszadə qeyd edib ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək: “Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də biz Vətən müharibəsinə aid mövzuları “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək”.

Konfransın sonunda Məleykə Abbaszadə COVID-19 pandemiyası dövründə DİM tərəfindən şagirdlərə və abituriyentlərə metodik kömək məqsədilə hazırlanan materiallar haqqında məlumat verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM