28 May 2020 13:18
1242
Elm və texnika
A- A+

Dövlət İmtahan Mərkəzi: İmtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq


Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının onlayn iclası keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, onlayn iclasda Direktorlar Şurasının üzvləri ilə yanaşı, Təhsil nazirinin müavini İdris İsayev də iştirak edib.

İclasda koronavirus (COVID-19) pandemiyası dövründə DİM-in fəaliyyəti, pandemiyanın təhsil və imtahan prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, virusla əlaqədar müvafiq metodiki göstərişlərə uyğun imtahanlara hazırlıq işləri və sair məsələlər müzakirə olunub.

COVID-19 pandemiyası dövründə DİM-in fəaliyyəti ilə bağlı məlumat verən sədr Məleykə Abbaszadə qeyd edib ki, bu müddət ərzində DİM-in "Fərdi inkişafa dəstək” layihəsi çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in sosial şəbəkə kanallarında müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stress və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar yerləşdirilib.

Bundan əlavə, xüsusi karantin rejimi nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə "otk.az” portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanları dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanları 2020-ci ilin iyul ayınadək ödənişsiz edilib. Bu imtahanlara 100 mindən artıq yazılış qeydə alınıb.

Həmçinin pandemiyanın təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə təhsil sahəsini, o cümlədən buraxılış və qəbul imtahanlarının keçirilməsini tənzimləyən normativ hüquqi aktlarda müvəqqəti dəyişikliklərin aparılması barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli Qərarı ilə təsdiq edilib.

Onlayn iclasda iyun ayından etibarən hər həftəsonu ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilmə qrafiki və bununla bağlı görülən hazırlıq işləri də müzakirə olunub.

Bildirilib ki, imtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq. İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. DİM və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin tabeliyində olan binalara yerində baxış keçirilməsi, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyətinin yoxlanılması da vurğulanıb. Həmçinin imtahanlara hazırlıq məqsədilə "Şagird-məzun”, "Tələbə-məzun” elektron məlumat bazalarına məsul şəxslər tərəfindən lazımi informasiyaların daxil edilməsi və sair məsələlər də müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video