13:11 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət büdcəsinin gəlirləri 15,9 milyard manat, xərcləri 15,6 milyard manat olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
20:44 20.09.2021

 

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 937,5 milyon manat, xərcləri 15 milyard 626,8 milyon manat təşkil edib, büdcənin icrasında 310,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,6 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 14 milyard 76,1 milyon manat, xərcləri isə 13 milyard 681,6 milyon manat təşkil edib. Daxilolmaların 21 faizi əlavə dəyər vergisi, 15,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,3 faizi sadələşdirilmiş vergi, 2 faizi vergilərin digər növləri, 46,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 20,86 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 19,55 faizi təhsil və səhiyyənin, 14,30 faizi sosial müdafiə və sosial təminatın, 14,23 faizi ümumi dövlət xidmətlərinin, 7,61 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 23,45 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM