03 Iyun 2019 11:34
2557
Qəbullar
A- A+

“Doing Business” hesabatında Azərbaycanın əhəmiyyətli dərəcədə irəli getməsi önəmli hadisədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edərək, ötən dövr ərzində ölkəmizlə təmsil etdiyi qurumun səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Bu müddətdə ölkəmizin Dünya Bankı ilə əlaqələrinin çox uğurlu olduğunu deyən Mersi Tembon "Doing Business” hesabatında Azərbaycanın əhəmiyyətli dərəcədə irəli getməsini önəmli hadisə kimi dəyərləndirdi. Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqda böyük uğurlara nail olunduğunu xüsusi vurğuladı. Ölkəmizlə əməkdaşlığın perspektivlərinə toxunan Mersi Tembon qarşıdakı illər üçün növbəti sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında Dünya Bankının Azərbaycana məsləhətçi kimi dəstək verməyə hazır olduğunu dedi. Qonaq qeyd etdi ki, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanılıb. O, icbari tibbi sığorta və ədliyyə sahələrində də işlərin getdiyini bildirdi. Sonra Mersi Tembon Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösü təqdim edərək əminliyini bildirdi ki, gələcək illərdə də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdiriləcək.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsində Mersi Tembonun rolunu yüksək qiymətləndirdi. Prezident İlham Əliyev ölkəmizdə Dünya Bankı ilə müxtəlif istiqamətlərdə, o cümlədən özünüməşğulluq, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı əlaqələrimizin yeni səviyyəyə yüksəldiyini və qarşıdakı illərdə institusional islahatlar, iş yerlərinin yaradılması, biznes mühitinin daha da yaxşılaşdırılması kimi istiqamətlərdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev islahatların nəticəsi olaraq "Doing Business” hesabatında ölkəmizin 25-ci yerə yüksəlməsini və Azərbaycanın 10 ən islahatçı ölkələr siyahısına daxil olmasını önəmli hadisə kimi dəyərləndirdi və qarşıda ölkə iqtisadiyyatının şaxələndirilməsi və daha da inkişaf etdirilməsi kimi mühüm vəzifələrin dayandığını dedi. Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösə fəaliyyətində uğurlar arzuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video