01:40 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək

ANA SƏHİFƏ / SİYASƏT
18:19 08.05.2021

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a eksklüziv müsahibəsində dağıdılmış Ağdama səfərindən söhbət açıb.

-Mayın əvvəlində rusiyalı deputatlardan və ictimai xadimlərdən ibarət nümayəndə heyəti bu yaxınlarda işğaldan azad edilən Ağdama səfər edib. 30 il işğal altında qalan şəhərin vəziyyəti hər kəsi hiddətləndirib. Sizcə, nümayəndə heyətinin bütün üzvləri arasında belə fikir həmrəyliyinə səbəb nədir?

-Ağdamdan qalanları hətta fotoşəkillərdə görən istənilən adam əsl sarsıntı yaşayar. Bilavasitə təəssürat isə daha dərindir. Ağdam bu gün özündə müharibənin bütün dəhşətlərini təcəssüm etdirir. Bu, 40 min əhalisi olan şəhərin cansız daş yığınına çevrilməsinin canlı sübutudur. Bizim burada gördüklərimiz şəhərin planauyğun şəkildə total məhv edilməsinin nəticəsidir. Əgər Ağdamın Qarabağın düzəngah hissəsində yerləşməsini və münaqişənin mərkəzinə çevrilən Dağlıq Qarabağın tərkibinə heç vaxt daxil olmamasını yada salsaq, o halda şəhərin indiki vəziyyətini müharibə əməliyyatları zamanı baş verən dağıntılarla izah etmək mümkün deyil. Bu, onun nəticəsidir ki, işğalçı ordu Azərbaycan torpağında olan hər şeyi məqsədyönlü şəkildə məhv edib.

- Ermənistan Ağdamı işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli qətnamə qəbul edib. Həmin qətnamədə şəhərin işğalı pislənilir və münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan çıxarılması tələb olunur. Lakin digər qətnamələr kimi, bu qətnaməyə də Ermənistan rəhbərliyi tərəfindən məhəl qoyulmadı. Halbuki erməni tərəfdən qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması kimi tamamilə qəbuledilməz şərt müqabilində Ağdamın Azərbaycana qaytarılması təklifi səslənmişdi. Siz şəhərin vəziyyətini nəzərə alaraq, bu faktı necə qiymətləndirirsiniz?

-Bu bəyanatın riyakarlığının sadəcə həddi-hüdudu yoxdur: mahiyyətcə, orada qaytarılası artıq heç nə qalmayıb, şəhərdə bircə dənə də olsa salamat bina qalmayıb. Bundan başqa, qədim memarlıq və mədəniyyət abidələri məhv edilib və ya ciddi xəsarət alıb, keçmiş Sovet İttifaqında yeganə olan Çörək Muzeyinin unikal kolleksiyası itirilib, hətta qəbirlər təhqir olunub. Azərbaycanın şərq hissəsində yerləşən, əvvəllər mədəniyyət, turizm, logistika mərkəzi olan, intensiv inkişaf edən şəhərə dəyən böyük ziyanı təsəvvür etmək çox çətindir. Hər şey yerlə-yeksan edilib! Halbuki Ağdam rayonunun ərazisində 17 sənaye və 12 nəqliyyat müəssisəsi uğurla fəaliyyət göstərirdi... Dağ yerləri üçün münasib olan minik atlarının qədim cinsinə aid edilən Qarabağ atlarının yetişdirilməsi ilə məşğul olan Ağdam Atçılıq zavodunun da praktik olaraq bütün nailiyyətləri məhv edilib. Ağdamın 30 illik işğalı həm Azərbaycanın mədəni irsinə, həm də kənd təsərrüfatına vurulan bərpa olunmayan ziyandır. Sahibsiz qaldığı dövrdə həmin yerlərin nəyə çevrilməsini görmək çox kədərləndiricidir. İşğalçılar şəhəri 30 il özününkü hesab ediblər. Nəticə budurmu? Yalnız dağıntılar. Xəstəxana, doğum evi, teatr... yerlə-yeksan edilib. Saymaqla bitən deyil.

-Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməkdən hələ də boyun qaçırması faktını necə izah edərdiniz?

-Qarabağ münaqişəsində Azərbaycanın zərər çəkən tərəf olmasına baxmayaraq, o, münaqişəni həmişə beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll etməyə çalışıb. Lakin Azərbaycanın bütün konstruktiv təşəbbüsləri rəsmi Ermənistan tərəfindən maneələrlə qarşılanıb. Mən indi də Ermənistan rəhbərliyinin öz əməllərinin nəticələrinin aradan qaldırılmasına hazır olmalarının xeyrinə real addımlarını görmürəm.

Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməkdən hələ də boyun qaçırması faktı zənnimcə, işğaldan azad edilmiş ərazilərə azərbaycanlıların qayıtması prosesini maksimum ləngitmək üçün atılan, olduqca düşünülməmiş cəhddir. İndi, hərbi əməliyyatların dayandırıldığı bir vaxtda müharibənin əks-sədası gəlməkdə davam edir: basdırılan minalara həm dinc sakinlər, həm də başı çox bəlalar çəkən bu torpaqda sülhə zamin olan rusiyalı sülhməramlılar da düşərək partlayır. İnsanlar əziyyət çəkir, Ermənistan rəhbərliyi isə siyasi oyunlar oynamaqda davam edir. Qeyd etmək istəyirəm ki, Ermənistan xalqı 30 il iqtisadi blokadadan əziyyət çəkib. Ölkə bu vəziyyətə onun rəhbərliyinin hərəkətləri ucbatından düşüb. Hazırda Ermənistanda həyat səviyyəsi acınacaqlıdır, sağlam düşüncənin ziddinə gedən hakimiyyət orqanları ölkənin inkişaf perspektivlərinə maneçilik törədirlər.

-Siz Ağdamın gələcəyini necə görürsünüz?

-Ağdamın coğrafi mövqeyi və əlverişli iqlimi onun böyük potensialını səfərbər etmək üçün hər cür şans verir. Əlbəttə, 30 ildən sonra hətta sıfırdan da aşağı səviyyədən başlamaq olduqca çətindir. Lakin mən əminəm ki, Azərbaycan xalqının əməksevərliyi vaxtilə gözəl şəhər olan Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək. Qaçqınlar doğma yurdlarına qayıda biləcək və gözəl nar bağları yenidən göz oxşayıb, qəlbləri sevindirəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM