12 Yanvar 2021 12:45
812
Təhsil
A- A+

DİM-də keçiriləcək beynəlxalq imtahanların tarixləri açıqlanıb  

 

2021-ci ildə Dövlət İmtahan Mərkəzində (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq ABŞ-ın ETS təşkilatının (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) beynəlxalq TOEFL iBT və GRE imtahanlarının keçirilməsi davam etdiriləcək. İmtahanlar DİM-in Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunur.

DİM-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədilə imtahanlar hər otaqda 5-10 nəfər olmaqla və sosial məsafə gözlənilməklə təşkil olunacaq. Bundan əlavə, 2020-ci ildə olduğu kimi, bu il də beynəlxalq imtahanların təşkili zamanı bir sıra digər ehtiyat tədbirlərinin tətbiq olunması nəzərdə tutulur.

Xatırladaq ki, DİM ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından kompüter əsaslı TOEFL iBT, 2020-ci ilin martından isə GRE imtahanını təşkil edir.

Qeyd edək ki, digər beynəlxalq imtahanların tarixləri müəyyən olunduqdan sonra DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunacaq. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

DİM-də keçirilməsi nəzərdə tutulan TOEFL iBT və GRE imtahanlarının tarixləri ilə posterlərdən tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video