22 Noyabr 2013 01:11
573
PARLAMENT
A- A+

Dərsliklər vergidən azad olunacaq

 

Noyabrın 21-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasın gündəliyində ilk olaraq "Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyinə dair rəy haqqında" məsələyə baxılıb.

Komitə sədri Ziyad Səmədzadə Vüqar Gülməmmədov barədə məlumat verərək bildirib ki, o, Azərbaycanın peşəkar iqtisadçılarından biridir. Belə bir namizədin Hesablama Palatasına sədrlik etməsi təqdirəlayiqdir. Komitə üzvləri də bu vəzifəyə V.Gülməmmədovun namizədliyini məqsədəuyğun sayıblar.

Daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri İbrahim Babayev "Akkreditasiya haqqında" qanun layihəsini deputatlara təqdim edib. Bildirilib ki, yeni qanun ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsini, ticarətdə texniki maneələrin qarşısının alınmasını, həmçinin Azərbaycanda verilən sertifikatın, sınaq, kalibrlənmə və inspeksiya hesabatlarının ölkəmizin ərazisindən kənarda tanınmasını tənzimləyəcək. Yeni qanun layihəsinə görə, akkreditasiya attestatı verildiyi tarixdən 4 il müddətində etibarlı sayılacaq.

İclasda komitə üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib. Layihəyə dair rəy və təkliflərini bildirən deputatlar birinci oxunuşda müzakirəyə çıxarılmış sənədi konseptual baxımdan məqbul sayıblar.  4 fəsil, 13 maddədən ibarət yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gündəlikdəki üçüncü məsələni şərh edən Ziyad Səmədzadə qeyd edib ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə görə, ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergidən azad olunur.

Qanun layihəsi məqbul sayılaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video