15:36 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dərman vasitələrini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir
ANA SƏHİFƏ / SƏHIYYƏ
00:29 22.04.2020


Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytda koronavirusun (COVID-19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, həmin dərman vasitələrinin virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumiyyətlə, hər hansı bir dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edə və insana xeyirdən çox zərər verə bilər. Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadın yaranmasına və orqanizmin zəifləməsinə səbəb olur. Bundan başqa, özünümüalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır.

İnsanın sağlamlığı öz əlindədir və bu həssas dönəmdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya və bu məlumatlara kor-koranə inanmaq sağlamlığınıza ciddi zərər vura bilər. Ona görə də hər hansı bir dərman vasitəsinin qəbulu və istifadəsindən əvvəl həkim məsləhəti mütləqdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM