04:48 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Delta” ştamının yayıldığı ölkələrin sayı həftə ərzində 124-dən 132-dək artıb
ANA SƏHİFƏ / DÜNYA
23:13 28.07.2021

 

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştamının yayıldığı ölkələrin və ərazilərin sayı iyulun 20-dən 27-dək 8 ölkə artaraq 132 -yə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

Ümumilikdə, "narahatlığa səbəb olan variantlar" kateqoriyasına aid edilən dörd ştamın (“alfa”, “beta”, “qamma” və “delta”) coğrafiyası “böyüməkdə davam edir”. ÜST bu qrupa daxil olan dörd ştamın dünyada davam edən yayılmasından narahatdır. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan “alfa” variantı iyulun 27-nə olan məlumata görə 182 ölkədə (bir həftə əvvəl 180 ölkə idi) mövcud idi. Keçən ilin avqust ayında Cənubi Afrikada aşkar olunan “beta” variantı, hazırda 131 dövlətdə (keçən həftə 130 ölkə idi) mövcuddur, sentyabr ayında Braziliyada aşkar edilən "qamma" variantı isə, yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

Son bir həftə ərzində dünyada yoluxma hallarının sayı 8 faiz artıb: koronavirusa 3,8 milyondan çox yeni yoluxma halı aşkar edilib. Eyni zamanda ölüm hallarının sayı 21 faiz artıb, həftə ərzində 69 mindən çox ölüm halı qeydə alınıb. ÜST-nin iyulun 27-nə olan məlumatına görə, pandemiya başlandığından bəri dünyada koronavirusa 194 608 040 yoluxma halı və 4 170 155 ölüm halı qeydə alınıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM