11 Yanvar 2012 12:01
376
DÜNYA
A- A+

Dələduz keşiş 15 il iş aldı

 

Los-Ancelesdə keşiş Kristofer İryuk qocalara tibbi yardım üzrə dövlət proqramını yerinə yetirərkən dələduzluqda iştirak etdiyinə görə 15 il azadlıqdan məhrum olunmuşdur. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilir. 61 yaşlı İryuk və onun əlaltıları kompensasiya kimi 6,7 milyon dollar ödəməlidirlər. İryuk ötən ilin avqustunda təqsirli hesab edilmişdir. Bu iş üzrə daha bir neçə nəfərin, o cümlədən keşişin arvadının adları keçir. İryukun keşiş olan həyat yoldaşının da təqsiri sübuta yetirilmişdir.

Müəyyən edilmişdir ki, İryuk tibbi avadanlıq təchizatı ilə məşğul olan qondarma firmaların sahibi imiş. Dələduzlar saxta sənəd və reseptlərlə dövlətdən xəstələr üçün tələb olunmayan və nəticə etibarilə onlara verilməyən bahalı avadanlıq, xüsusilə əlil arabaları müqabilində yüksək ödəniş tələb edirmişlər.

Cinayətkarlar qocalara tibbi yardım üzrə dövlət proqramını reallaşdırmaq üçün bütövlükdə 14,2 milyon dollar tələb etmiş və təxminən 6,7 milyon dollar almışdılar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video