05 Oktyabr 2011 01:10
495
Mədəniyyət
A- A+

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri vəfat etmişdir

 

Danimarkadakı Azərbaycan diasporunun fəal üzvü, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynov vəfat etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Hüseynov Azərbaycan həqiqətlərinin Danimarka ictimaiyyətinə çatdırılmasında, Danimarkada Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsində böyük iradə və əzmkarlıq nümayiş etdirmişdir. Onun Danimarkada Azərbaycanın dostlarının sayının artmasında böyük xidmətləri olmuşdur.

E.Hüseynov Qarabağın azadlığı uğrunda hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Tərtərin müdafiəsində onun böyük xidmətləri vardır. O, həmin rayonda erməni hərbi birləşmələrinə ağır zərbə vuran əsas komandirlərdən biri olmuşdur.

E.Hüseynov Danimarka-Azərbaycan Dostluq Cəmiyyətini təsis edərək Azərbaycanın haqq işi uğrunda mübarizəsini davam etdirmişdir. Onun fəaliyyəti sayəsində Danimarka ictimaiyyətinin Azərbaycan haqqında, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, ermənilərin dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı haqqında məlumatları artmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video