10:08 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:48 22.07.2021

22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında hazırlanıb.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə görkəmli ictimai xadim, publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər Dumasının üzvü olmuş ziyalımız Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən bir qismi nümayiş etdirilir. Sözügedən sənədlərdə Həsən bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin, maarifçiliyin geniş vüsət alması üçün həyata keçirdiyi tədbirlər, ana dilində qəzetin açılmasına icazə verilməsi üçün dövrün hakimiyyət orqanlarına müraciətləri, həmçinin Duma üzvü kimi fəaliyyəti və s. əks olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM