23:30 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daha iki kəndə təbii qaz verildi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:12 29.12.2011

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq ölkənin bütün bölgələrində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində aparılan işlər uğurla davam etdirilir.

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkənin qaz təchizatı sistemində mövcud problemlər aradan qaldırılır, uzun müddət təbii qaz almayan yaşayış massivləri "mavi yanacaq"la təmin olunur.

Yeni il ərəfəsində Beyləqan rayonunun Əlinəzərli və Birinci Aşıqlı kəndlərinə ilk dəfə təbii qaz verilib. 191 abonenti olan Əlinəzərli kəndinin qazlaşdırılması məqsədilə 17 min metr uzunluğunda polietilen boru çəkilib, 191 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 358 abonenti olan Birinci Aşıqlar kəndinin qazlaşdırılması üçün isə 4400 metr uzunluğunda daşıyıcı və 31 min metr uzunluğunda polietilen borular vasitəsilə məhəllədaxili qaz xətləri çəkilib, 358 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM