17:15 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daha bir karateçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

ANA SƏHİFƏ / İDMAN
16:34 21.08.2021

 

Azərbaycanın daha bir karateçisi yeniyetmə və gənclər arasında Avropa çempionatının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, Finlandiyanın Tampere şəhərində keçirilən yarışın ikinci günündə 5 karateçimiz mübarizəyə qoşulub. Onlardan 16-17 yaşlı gənclər arasında kumite yarışlarında Rumil Cəfərli (76 kq) böyük əzmkarlıq göstərərək adını finala yazdırıb. İdmançımız çempionatda litvalı Titas Qrinasa (9:0), isveçrəli Qabriel Di Gioinaya (7:0) və Ermənistan idmançısı Robert Hovannisyana (*2:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus karateçisi Lukas Deprinsi minimal hesabla məğlub edən R.Cəfərli finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi Kipr təmsilçisi Louzos Vasiliu olacaq.

Qeyd edək ki, qitə çempionatının birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (63 kq) qızıl medal qazanıblar.

Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib olub.

Yarış avqustun 22-dək davam edəcək.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM