27 Noyabr 2012 02:11
432
PARLAMENT
A- A+

Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Pakistan Ermənistanla heç bir əlaqə qurmayacaq

 

Noyabrın 26-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycana səfərə gəlmiş Pakistan İslam Respublikası Parlamentinin Kəşmir məsələləri üzrə xüsusi komitəsinin rəhbəri, İslam Camiyət Ulema-e-İslam Partiyasının sədri Maulana Fazl-ur-Rahmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Oqtay Əsədov bildirdi ki, Azərbaycan ilə Pakistan arasındakı dostluq münasibətlərinin qədim tarixi kökləri var və bu cür qarşılıqlı səfərlər əlaqələrin hərtərəfli inkişafına təkan verəcək. Qeyd edildi ki, Pakistan-Azərbaycan münasibətləri artıq ümumi tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu işdə hər iki ölkənin dövlət başçılarının xüsusi rolu var: "Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, aparılmış danışıqlar əməkdaşlığımızın inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Hökumətlərarası komissiya, eləcə də parlamentlərimiz yaranmış imkandan istifadə edərək əlaqələri daha da möhkəmləndirməlidirlər. Çox yaxşı haldır ki, bu gün hər iki ölkənin parlamentində dostluq qrupları vardır və bu qruplar çox məhsuldar işləyirlər. Deputatlarımız beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edir və bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Biz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək məsələsində bunun şahidi olmuşuq. Pakistan yeganə dövlətdir ki, işğalçı Ermənistan ilə heç bir əlaqə qurmayıb. Eyni zamanda, Xocalı faciəsini soyqırımı aktı kimi tanıyan ilk dövlətdir. Biz bunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, bu mövqe dəyişməyəcəkdir".

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Pakistan nümayəndə heyətinə minnətdarlıq etdi. 

Maulana Fazl-ur-Rahman isə dedi ki, Pakistan qardaş və dost Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır: "Pakistan xalqı azərbaycanlıların problemlərini yaxşı başa düşür və ona görə də qarşılaşdığı problem həll olunmayana qədər işğalçı Ermənistanla heç bir əlaqə qurmayacaqdır". 

Qonaq onu da bildirdi ki, Pakistan Parlamentinin hər iki palatası Xocalı faciəsini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı kimi tanıyıb.

Sonra görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadiyyat, ticarət, hərbi və informasiya kommunikasiyası sahəsində əməkdaşlığın genişləndirilməsinə, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. 

 

Fərman BAGIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video