09:58 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dağ kəndi suvarma suyu ilə təmin olunub

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:24 16.09.2021

 

Qusar rayonunun dağlıq yaşayış məntəqələrindən olan Urva kəndi ilk dəfə suvarma suyu ilə təmin edilib.

Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Urva elektrik nasos stansiyası istifadəyə verilib. Bir aqreqatlı nasos vasitəsilə Cağar-Cibir kanalından götürülən su kənd ərazində yaradılan gölə ötürülür, daha sonra isə duruldularaq torpaq mülkiyyətçilərinin istifadəsinə verilir. Həmin sudan suvarma ilə yanaşı, içməli su kimi də istifadə edilir.

Urva kəndində yeni istifadəyə verilən nasos stansiyası kənd sakinlərinin böyük sevincinə səbəb olub. Uzun illər həm suvarma, həm də içməli su sarıdan böyük əziyyət çəkən kənd sakinləri indi bol məhsul yetişdirəcəklərini bildirirlər.

Qusar Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Aslanşah Abuyev deyib ki, rayonda əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən meliorativ tədbirlərdən biri də sahilbərkitmə işləridir. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən həm Qusar şəhəri, həm də Qayakənd kəndi ərazisində bəndvurma işləri görülür. Məqsəd yaşayış məntəqələrini sel sularından mühafizə etməkdir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM