08 Fevral 2012 12:02
393
Mədəniyyət
A- A+

Cümhuriyyət dövrünün mətbuatı

 

Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının yenicə çapdan çıxmış monoqrafiyası "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)" adlanır. Yeni nəşrdə cümhuriyyət dövründə söz, mətbuat azadlığından, hökumətin mətbuata qayğısından, eləcə də mətbuatın cəmiyyətdəki rolundan, qəzetçilik işinin xüsusiyyətlərindən bəhs edilir.

Təqdirəlayiq haldır ki, son illər Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı barədə geniş araşdırmalar aparılır, onun öyrənilməsi ilə bağlı müxtəlif tədqiqatlar işıq üzü görür. Filologiya elmləri doktoru, professor Şamil Vəliyev yeni kitaba yazdığı ön sözdə bildirir: "Müəllif təkcə ictimai-siyasi yönümlü mətbuat orqanlarından yox, ədəbi-bədii, elmi-pedaqoji, habelə humanitar xarakterli nəşrləri də nəzərdən qaçırmayaraq dövrün mətbuat və ictimai-mədəni düşüncə mənzərəsi haqqında dolğun təsəvvür yaratmağa çalışıb. O, fikir və qənaətlərini irəli sürərkən konkret faktlara, zəngin arxiv sənədlərinə, dövri mətbuat nümunələrinə və özündən əvvəl bu məsələyə toxunan tədqiqatların elmi-nəzəri mülahizələrinə istinad edir".

Kitabda Xalq Cümhuriyyəti dövründə söz, mətbuat azadlığı uğrunda aparılan mübarizədən ətraflı söz açılır. Müəllif 1918-1920-ci illərə aid dövlət arxivində saxlanılan sənədlər üzərində elmi araşdırmalar apararaq bu qənaətə gəlir: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən qəzet və jurnalların tipologiyası rəngarəng olduğu kimi, mövzu dairəsi də geniş idi. Bu dövr jurnalistikanı məşğul edən problemlər içərisində siyasi məsələlər xüsusi yer tuturdu. Hətta o dərəcədə ki jurnalistikanın mühüm bir hissəsinin siyasiləşdiyini də söyləmək mümkündür".

Cəmiyyətin sosial-iqtisadi, mədəni durumu və onun o dövr mətbuatda işıqlandırılması ilə əlaqədar araşdırmalar aparan müəllif satirik jurnalistikanın inkişaf etdiyini dolğun faktlarla əsaslandıraraq "Şeypur" və Zənbur" jurnalları haqqında oxucuda geniş təsəvvür yaradır. Eləcə də demokratik ideyaların təbliğində böyük əhəmiyyət daşımış "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Bəsirət", "İttihad", "Kaspi" qəzetləri, "Qurtuluş", "Əfkari-mütəəllimin", "Övraqi-nəfisə" jurnalları haqqında ətraflı məlumatlar verir. Xüsusilə də "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdəki fəaliyyəti ilə bağlı apardığı araşdırmalar zəngin təəssüratla nəticələnir: "Azərbaycan"ın nəşri milli mətbuatımızın tarixində əlamətdar bir hadisəyə çevrildi... Azərbaycan mətbuatı tarixində ilk rəsmi dövlət qəzeti olan "Azərbaycan" azad sözün, sərbəst düşüncənin carçısı kimi gənc, müstəqil dövlətimizin ideyalarını sədaqətlə təbliğ edərək qərəzsizliyi, obyektivliyi ilə digərlərinə nümunə oldu". Fərəhlidir ki, bu ənənə dövlət müstəqilliyimizin bərpasından sonra da ləyaqətlə davam edir.

Müəllifin dili aydın və səlisdir. Tədqiqatçı kimi araşdırdığı hər bir mövzuya faktlara istinadən yanaşıb. Nəticədə də cümhuriyyət dövrünün mətbuat problemlərini hərtərəfli şəkildə işıqlandırmağı bacarıb. Mətbuat tarixiylə bağlı bu yeni nəşrdən yalnız jurnalistika ilə maraqlanan insanlar deyil, müəllim və tələbələr də faydalana bilərlər.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video