20:59 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çingiz Hüseynzadədən idmançılarımıza dəstək

ANA SƏHİFƏ / İDMAN
01:48 01.08.2021

 

“Azərbaycan hər zaman olimpiadaların son 2-3 günündə medallar qazanıb”

 

“Əlbəttə, 30 iyul bizim üçün əhəmiyyətli gün idi. İlk medalımızı qazandığımız üçün xoşbəxtik. Bu münasibətlə Azərbaycanın bütün idmansevərlərini təbrik edirəm”.

Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu İrina Kindzerskanın (+78 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib. Onun sözlərinə görə, olimpiada Yaponiyada keçirildiyindən cüdoda medalların əksəriyyətini yerli idmançılar qazanıblar: “Çox təəssüf ki, Azərbaycan cüdoçuları “Tokio-2020”də Yaponiya cüdoçuları ilə görüşməli oldular.

Təmsilçilərimizin qarşısını alanlar əsasən yerli tatami ustaları oldu. Burada təəccüblü heç nə yoxdur. Yaponiyada cüdo növündə medal qazanmaq elə də asan deyil. Bu baxımdan, Kindzerskanın bürünc medal qazanmasının özü də çox böyük uğurdur. Elə onun çəkisində də olimpiya çempionu adını yaponiyalı Akira Sone qazandı. Kindzerska isə yarımfinalda ona uduzdu. Ümumiyyətlə, cüdoçularımızın çoxu çempionlara uduzub”.

Azərbaycan cüdoçularının çıxışını çox da uğursuz saymadıqlarını söyləyən MOK rəsmisinin fikrincə, Yaponiyada medal qazanma şansı çox az idi: “Bunu biz öncədən də bilirdik. Əsas idman növlərimiz hələ qabaqdadır. İnanıram ki, bu olimpiadada da yüksək nəticələr göstərə biləcəyik”.

MOK-un vitse-prezidenti bildirib ki, olimpiadada 7 güləşçimiz var və onların hər biri medal qazanmağa namizəddir: “Bundan başqa, 3 karateçimiz də medal götürməyə layiqdir. Ümid edirəm ki, həm güləşdə, həm də karatedə kifayət qədər medal qazanacağıq”.

Çingiz Hüseynzadə gimnastlardan da uğur gözlədiyini bildirib: “Onların çıxışı hələ qabaqdadır. Gimnastlarımız da güclüdür. Qrup yarışlarında müəyyən uğurlar qazana bilərlər. Başqa idman növlərində də yarışlar davam edir. Atletlər hələ başlamayıblar. Atıcılıq üzrə yarışımız var. Olimpiadanın birinci yarısı başa çatır. Bizim uğurlarımız adətən Oyunların ikinci yarısında olub. Azarkeşlərimiz, tamaşaçılarımız bilirlər ki, yarışın son 2-3 günündə Azərbaycan hər zaman medallar qazanıb. Bu, Pekində də, Londonda da, Rioda da belə olub. İnanırıq ki, bu olimpiadanı da müsbət nəticələrlə yola salacağıq”.

Ç.Hüseynzadənin sözlərinə görə, pandemiya şəraitində idmançıların hazırlıq keçməsi çətin olub: “Pandemiya həyatımızın hər sahəsinə olduğu kimi, idmana, idmançıların hazırlığına da çox böyük təsir göstərib. Bir tərəfdən, idmançıların da narazılıq etməyə haqqı çatır. Lakin bu narazılıq Gənclər və İdman Nazirliyinə və ya Milli Olimpiya Komitəsinə deyil, pandemiyaya qarşıdır. Ola bilər, hazırlıq üçün vaxt, yaxud da yarışlar çox az olub. Təkcə bizdə yox, dünyanın hər yerində yarışların bir qismi keçirilmədi. Ona görə də lisenziya şansı az oldu. Məsələn, cüdoçularımız təlim-məşq toplanışı üçün Tokioya gəlmək istəyirdilər, amma mümkün olmadı, icazə vermədilər. Digər idmançılarımızın fərqli yerlərdə hazırlıq keçməsi də alınmadı. Obyektiv səbəblər çoxdur. İdmançıları da, dövlət strukturlarını da qınamaq istəmirəm. Şərait belə gətirib. Hər birimiz üçün ağır dövr olub”.

MOK-un vitse-prezidenti deyib ki, tamaşaçıların idmançılara azarkeşlik etməsi onlara dəstəkdir: “Azərbaycandan Yaponiyaya birbaşa dəstək bir az real görünmür. Amma onların yarışları izləməsi, idmançılarımıza azarkeşlik etməsinin özü də bir dəstəkdir. O ki qaldı idmançılara xoş sözlər deyilməsinə, bu, hər kəsin öz xarakterindən asılıdır. Elə idmançı var ki, ona xoş söz lazımdır. Eləsi var ki, onu danlamaq lazımdır. Hər birinə fərdi münasibət bəsləmək lazımdır. Yenə də inanıram ki, idmançılarımız yarışdan üzüağ və alnıaçıq qayıdacaqlar”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM