18 Dekabr 2012 12:12
421
PARLAMENT
A- A+

Çin və Azərbaycan ticarət dövriyyəsinin həcmini artıra bilərlər

 

"Azərbaycan və Çin hazırda yüksək inkişaf tempi nümayiş etdirən ölkələrdir və iqtisadi əlaqələrin inkişafı üçün görüləcək iş potensialı çoxdur". Bu fikri Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin (ÇXSKŞ ÜK) sədr müavini Bay Liçen dünən Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görüşündə söylədi.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov bildirdi ki, bu səfər iki ölkə arasında olan dostluq münasibətlərini daha da möhkəmləndirəcək və ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək: "İki ölkənin parlamenti arasında olan işçi qrupunun fəaliyyəti bu qəbildən olan qrupların ən fəalıdır. Bu da hər iki ölkə arasında olan dostluq münasibətlərində özünü göstərir. İnanıram ki, işçi qruplarının fəaliyyəti iki ölkənin dostluğuna böyük töhfə verəcək. Azərbaycan və Çin arasında münasibətlər dərin tarixi köklərə malikdir. Biz Azərbaycanda Çinin sürətli inkişafını izləyir və qarşılıqlı səfərlərimizlə buna stimul veririk". Əli Əhmədov onu da bildirdi ki, Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Azərbaycanın da Çinə olan yaxşı münasibəti iki ölkə arasında siyasi sahədə də sıx əlaqələr qurmağa şərait yaradır. Eyni zamanda inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatı xarici sərmayələr üçün açıqdır. Bu isə imkan verir ki, çinli sahibkarlar Azərbaycana sərmayə yatırsın. Çin və Azərbaycan qarşılıqlı əməkdaşlıq nəticəsində ticarət dövriyyəsinin həcmini artıra bilər.

Azərbaycanda son illərdə gedən inkişafdan söz açan Bay Liçen qeyd etdi ki, əməkdaşlıq iki ölkənin xalqlarının rifahının yüksəlməsinə xidmət edir. Onun sözlərinə görə, iki ölkənin parlamentləri arasındakı dostluq əlaqələri və iqtisadi münasibətlər artan templə inkişaf edir: "Beynəlxalq arenada əməkdaşlığımız və bir-birimizə dəstək verməyimiz regionda sabitliyin və sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edir".

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video