11 Fevral 2014 01:02
429
PARLAMENT
A- A+

Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Fevralın 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov öncə ölkələrimizin tarixi dostluq münasibətlərindən geniş söz açıb. Bildirib ki, Azərbaycanla Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin xüsusi rolu olub. Z.Əsgərov ölkəmizin əldə etdiyi uğurlardan, iqtisadi inkişafından, reallaşdırdığı iri layihələrdən, o cümlədən qədim İpək Yolunun tərkib hissəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən geniş bəhs edib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı bünövrənin olduğunu deyib.

Dağlıq Qarabağ münaqişəsindən də danışan Ziyafət Əsgərov vurğulayıb ki, beynəlxalq qurumların çoxsaylı qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurdundan qaçqın və məcburi köçkün düşüb. Z.Əsgərov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Çin hökumətinə təşəkkürünü bildirib.

Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsi nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Çjoy Li ölkəmizlə yüksək səviyyədə olan dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Deyib ki, Azərbaycan və Çin dünyada inkişaf edən, sülhü sevən, qədim tarixə, mədəniyyətə, yüksək dəyərlərə sahib  ölkələrdir. Qonaq ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıqdan da razılıq edib.

Dağlıq Qarabağ münaqişəsindən danışan Çjoy Li ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz olduğunu və hər zaman Azərbaycanın haqq səsini dəstəklədiyini deyib.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video