09:55 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ceyhun Bayramov Madaqaskar, Nikaraqua, Kabo Verdenin xarici işlər nazirləri ilə görüşüb
 
ANA SƏHİFƏ / SİYASƏT
18:46 23.09.2021

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Madaqaskar xarici işlər naziri Patrik Rajoelina, Nikaraqua xarici işlər naziri Denis Moncada Kolindres və Kabo Verdenin xarici işlər naziri Rui Figeredo Soares ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Azərbaycan ilə QH üzv ölkələrinin əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər mədəniyyət, turizm, nəqliyyat, humanitar, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Azərbaycanın Hərəkatda sədrlik prioritetləri müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğunu qeyd edib. Həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramı barədə qarşı tərəfə məlumat verilib.

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVID-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın növbəti təcavüzünə cavab olaraq ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi, 10 noyabr tarixli üçtərəfli Bəyanat və onun icrası barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM