10 Dekabr 2011 02:12
343
Mədəniyyət
A- A+

Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli akademik jurnalının təqdimatı olmuşdur

 

Dekabrın 9-da Bakıda Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli "Caucasus International" akademik jurnalının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların  nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil müəssisələrinin, vətəndaş  cəmiyyətinin, aparıcı KİV-lərin təmsilçiləri, yerli və xarici ekspertlər iştirak etmişlər.  

Təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycanı beynəlxalq aləmdə təmsil edən ilk elmi-analitik jurnalın nəşr olunmasının əhəmiyyəti haqqında danışmışdır.

Şöbə müdiri bildirmişdir ki, gənc alimlərimizin, ekspertlərimizin jurnalda yer alan analitik məqalələrinin Avropada, ABŞ-da oxunması Azərbaycan haqqında reallıqların dünyada yayılması ilə yanaşı, ölkəmizdə elmin böyük nailiyyətlər qazanmasından xəbər verir.

Azərbaycanın artıq Avrasiyanın intellektual mərkəzinə çevrildiyini deyən Elnur Aslanov qeyd etmişdir ki, "Caucasus International" jurnalı dünyanın tanınmış alimlərini bir araya gətirməklə elm üçün sərhədlərin olmadığını nümayiş etdirir və ümumi problemlərin həlli məqsədilə birgə mexanizmlərin müəyyənləşdirilməsi ətrafında müzakirələrin aparılmasına imkan yaradır. Azərbaycanın ilk elmi-analitik beynəlxalq jurnalının ən böyük əhəmiyyəti də məhz budur.   

Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə bildirmişdir ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən belə bir jurnalın nəşr olunmasına çoxdan ehtiyac var idi. Region haqqında analitik təhlilləri bütün dünyaya çatdıracaq bu jurnal həm də Azərbaycanın gənc tədqiqatçılarına öz potensiallarını nümayiş etdirməyə imkan yaradacaqdır. 

F.İsmayılzadə müəllif sıralarının daha zənginləşəcəyi bu jurnalın gələcək saylarının da uğurlu olacağına əminliyini bildirmişdir.

Daha sonra mərasimdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və "Caucasus International" jurnalının redaktoru Mahir Zeynalov nəşrin əhəmiyyəti haqqında danışmışlar. Bildirmişlər ki, jurnal vasitəsilə Avropanın və dünyanın geniş oxucu kütləsi Azərbaycanda gedən uğurlu inkişaf prosesləri haqqında təfərrüatlı məlumatlar əldə edəcəklər. Natiqlər qeyd etmişlər ki, bu nəşr həm də Azərbaycanın intellektual elitasının analitik fikirlərini dünyaya çatdıracaqdır.

Mərasimdə "Caucasus International" akademik jurnalının internet saytının təqdimatı da olmuşdur.

Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və beynəlxalq arenada onları istiqamətləndirmək məqsədilə yaradılan, müəllifləri xarici və region dövlətlərinin elm xadimləri və tədqiqatçıları olan "Caucasus International" jurnalının ilk nömrəsi Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə çap olunmuşdur.

Redaksiya heyətinə dünyanın beynəlxalq münasibətlər sahəsinin nüfuzlu simalarının daxil olduğu jurnal Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilmişdir.

Jurnal SAM ilə əməkdaşlıq çərçivəsində rübdə bir dəfə ingilis dilində çap olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video