11:03 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Cənab Prezident, inanırıq ki, Siz qısa müddətdə Ağdamı bütün Qafqazın ən inkişaf etmiş, ən abad mərkəzlərindən birinə çevirəcəksiniz”
ANA SƏHİFƏ / MƏKTUBLAR
18:27 20.11.2020


Ağdam ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan zati-aliləri cənab İlham Əliyevə müraciəti


Möhtərəm cənab Prezident!

Müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik.

İki əsr davam edən münaqişəyə, 30 ildən artıq sürən amansız ayrılığa Siz ədalətli Vətən savaşı ilə birdəfəlik son qoydunuz. Qarabağı işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Şuşada dövlətçilik rəmzimiz olan Azərbaycan bayrağını ucaltmaqla isə artıq bütün Qarabağın sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya məğrurcasına bəyan etdiniz.

Cənab Ali Baş Komandan!

Vətən savaşının zəfərləri silsiləsində Ağdam rayonunun da adının olması bütün ölkə ictimaiyyətinə hədsiz sevinc, iftixar yaşatdı. Biz ağdamlıların hisslərini isə sözlə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra qüdrətli Ordumuzun Ağdam rayonunün işğal edilmiş ərazilərinə daxil olması sakinlərimizin həyatlarının ən xoşbəxt, ən qürurlu günləri oldu.

Ağdamlılar hər zaman Heydər Əliyev dövlətçilik xəttinə - Prezident İlham Əliyev siyasi kursuna sadiq olublar. Ulu Öndərin böyük himayədarlığı sayəsində ötən əsrin 70-80-ci illərində Ağdam misli görünməyən inkişaf və quruculuq mərhələsi yaşadı. Heydər Əliyev Ağdamı güclü, alınmaz qalaya çevirdi. Təsadüfi deyildir ki, ötən əsrin 90-cı illərinin əvvələrində ölkəmiz xaos və müharibəyə sürüklənəndə, Ulu Öndərin hakimiyyətə dəvət edilməsi məqsədilə ilk mitinqlərdən biri də məhz "Nicatımız, xilasımız yalnız Heydər Əliyevlədir” çağırışı ilə Ağdamda keçirildi.

Ədalətsiz müharibə başlanandan Ağdam sakinləri az qala yalın əllə, primitiv silahlarla döyüşə atıldı, 6 mindən artıq övladımız şəhid oldu, minlərlə insanımız əlillik qazandı. Lakin dövlətimizin sahibsizliyi həm də düşmənlə üz-üzə qalan Ağdamın himayəsiz qalmasına səbəb oldu. Təəssüf ki, ölkədəki məlum siyasi oyunlardan, hərc-mərclikdən sui-istifadə edən təcavüzkar Ermənistan havadarlarının yardımı ilə Ağdamı - Qarabağın alınmaz saydığımız giriş qapısını işğal etdilər.

Ulu Öndərin hakimiyyətə gəlişindən sonra artıq məcburi köçkün statusunda olan ağdamlılara böyük qayğı, dəstək göstərildi. Ağdamlılara Heydər Əliyev yenə də sahib çıxdı, onların üzləşdikləri problemlərin həllinə daim yardım göstərdi.

Ulu Öndərimizin özü qədər inandığı Sizə biz də inandıq, seçkilərdə daim yekdil dəstəyimizi nümayiş etdirdik. Siz də Ümummilli Liderin bu himayədarlıq ənənəsini təəssübkeşliklə davam etdirdiniz. On minlərlə ağdamlı Sizin sayənizdə yeni salınmış şəhərciklərdə mənzillə, dövlətin müavinəti, sosial yardımları ilə təmin olundu, daha güvənli həyat sürdü...

Və nəhayət, Siz bizləri indi öz doğma ata-baba yurdumuza, Ağdamımıza qaytarırsınız!

Möhtərəm Prezident!

Ağdam camaatının Sizə, həmçinin bizə çox dəyərli olan Mehriban xanım Əliyevaya olan məhəbbətini, ehtiramını ifadə etməyə söz də yetişmir. Siz biz ağdamlıların həyatında artıq yeni bir mərhələnin - ən müqəddəs dövrün müəllifisiniz.

Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində ağdamlıların taleyində yeni bir həyat başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq.

Əminik, Ulu Öndər Heydər Əliyev necə ki, ötən əsrin 70-80-ci illərində Ağdamı Azərbaycanın ən abad, ən rifahlı bölgələrindən birinə çevirmişdi, Siz də qısa müddətdə Ağdamı bütün Qafqazın ən inkişaf etmiş, ən abad mərkəzlərindən biri kimi yenidən yaradacaqsınız.

Hörmətli Prezident!

Sizə və hörmətli Mehriban xanım Əliyevaya doğma yurdumuzu bizə zəfərlə qaytardığınıza görə Ağdamın yüz minlərlə sakini adından əbədi minnətdarlığımızı və borcumuzu bildiririk.

Ağdamlılar hər zaman Sizinlə, Heydər Əliyev dövlətçilik xətti ilə bir olublar, bundan sonra da bu yolla daim sədaqətlə, fədakarlıqla gedəcəklər.

Ağdam ictimaiyyəti adından:

Vaqif HƏSƏNOV,

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı

Adilə NAMAZOVA,

akademik, Əməkdar elm xadimi

Nərgiz AXUNDOVA,

akademik

Dilqəm TAĞIYEV,

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik

Bəxtiyar SADIQOV,

Milli Məclisin deputatı,

"Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Bəxtiyar ƏLİYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri

Ədalət MURADOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor

Lətif HÜSEYNOV,

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor

Natiq CAVADOV,

Milli Aerokosmik Agentliyin baş direktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü

Həbib HƏSƏNOV,

Bakı Hərbi Məhkəməsinin sədri

Arif BABAYEV,

professor, Xalq artisti, Milli Konservatoriyanın Muğam kafedrasının müdiri

Mənsum İBRAHİMOV,

professor, Xalq artisti, Prezident mükafatçısı

Ramiz QULİYEV,

Xalq artisti, Dövlət Mükafatı laureatı

Nazim ƏLİYEV,

hüquq elmləri doktoru

Habil QURBANOV,

hüquq elmləri doktoru, professor, AMEA Həmkarlar Təşkilatının sədri

Mürsəl ƏLİYEV,

texnika elmləri doktoru

Şahin RÜSTƏMOV,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini

Fikrət ƏLİYEV,

hakim

Çingiz İSKƏNDƏROV,

hakim

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru

Toğrul RƏHİMOV,

"Azərişıq” ASC sədrinin müşaviri

İxtiyar HÜSEYNLİ,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Baxşeyiş ƏSGƏROV,

hüquq elmləri üzrə fəlsəfə doktoru

Aygün BAYRAMOVA,

Xalq artisti

Nəzakət TEYMUROVA,

Xalq artisti

Allahverən ƏLİYEV,

YAP Ağdam rayon təşkilatının sədri

Əvəz MİKAYILOV,

Rayon Ağsaqqallar Surasının sədri

Arzu RƏHİMOVA,

Rayon Qadınlar Şurasının sədri

Həmzə ƏLİYEV,

ağsaqqal

Aybəniz CƏFƏROVA,

ağbirçək, ziyalı

Gülnurə MURADOVA,

Əməkdar müəllim

Tünzalə VƏLİMƏMMƏDOVA,

Əməkdar müəllim

Elmir MƏMMƏDOV,

ağsaqqal

Tapdıq QARAŞOV,

ağsaqqal

Nizami SADIQOV ,

ağsaqqal

Zülfü QASIMOV,

ağsaqqal

Misirxan MİSİRXANOV,

ağsaqqal

Marif HÜSEYNOV,

ağsaqqal

Səlim ƏZİMOV,

ağsaqqal

Mir Yusif ƏLİYEV,

ağsaqqal

İlyas BAĞIROV,

ağsaqqal, həkim

Ceyran ƏLİYEVA,

Xalçaçılıq müəssisəsinin direktoru

Hüseynalı HÜSEYNOV,

kimya elmləri namizədi

Xudu XUDİYEV,

həkim

Elza İSAYEVA,

Əməkdar müəllim

Gülyaz QURBANOVA,

ağbirçək, ziyalı

Çimnaz ƏLİYEVA,

ağbirçək, ziyalı

Şahin QASIMOV,

ağsaqqal

Rövşən CAVADOV,

psixologiya elmləri n

amizədi

Təyyar BAYRAMOV,

Əməkdar artist

Fehruz MƏMMƏDOV,

Əməkdar artist

Səbuhi İBAYEV,

Əməkdar artist

Elnur ZEYNALOV,

Əməkdar artist

Cabir ABDULLAYEV,

Əməkdar artist

Mustafa MUSTAFAYEV,

yazıçı-publisist

Elza QAYBALIYEVA,

xanəndə



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM