26 Avqust 2021 20:05
714
CƏMİYYƏT
A- A+

Cəbrayılda erməni vandalizminin şahidi olan xarici jurnalistlər heyrətə gəliblər

 

Cənubi Amerikadan olan jurnalistlər işğaldan azad edilən ərazilərə səfəri çərçivəsində Füzuli rayonundan sonra, Cəbrayıla gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar ermənilər tərəfindən dağıdılan şəhərin qalıqları ilə tanış olublar. Bildirilib ki, işğaldan öncə Cəbrayıl tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra həmin Cəbrayıldan əsər-əlamət qalmayıb, ermənilər buradan müdafiə xarakterli ərazi kimi istifadə edib.

Xarici jurnalistlər qəbiristanlıqlardan birinə baş çəkib, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olublar. Cənubi amerikalı media nümayəndələri çox təsirləndiklərini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayıblar. Onlar gördükləri mənzərədən heyrətə gəldiklərini bildiriblər.

Qonaqları səfər boyu Xarici İşlər Nazirliyinin əməkdaşı Emin Ələsgərov müşayiət edib.

Cənubi Amerikadan gələn media qrupuna Meksikanın ən nüfuzlu KİV-lərindən olan “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın geniş izləyici kütləsinə malik “Impacto Mundo” telekanalının aparıcısı, ölkənin ən nüfuzlu siyasi xəbər portallarından “Las2Orillas”, “El Expediente” və “Ola Politica” agentliklərinin müxbiri Roberto Trobaxo, Perudan olan siyasi şərhçi, ölkənin aparıcı jurnalistlərinin bir arada cəmləşdiyi “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes, Perunun nüfuzlu “La Razon” qəzeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa, Kosta-Rikadan isə “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video